Qorçu (Laçın)

QorçuAzərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd.[2]

Qorçu
39°52′45″ şm. e. 46°20′48″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20 nəf. (2005)[1]
Qorçu xəritədə
Qorçu
Qorçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Mədəniyyəti

Kənddə 1 orta məktəb, 1 mədəniyyət evi, 1 kulub ,poçt, 2 kitabxana və 24 çarpayılıq xəstəxana 1992 ci ilə kimi fəaliyyət göstərmişdir.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 64 km.şimal-qərbdə yerləşir.Dəniz səviyyəsindən 1884 m. yüksəklikdə yerləşən kənddə geniş meşə massivi var idi.Qorçu kəndinin relyefi kiçik dağlardan,maili yamaclardan və xırda düzənliklərdən ibarətdirki,kəndin ətrafı əkin və biçənək sahəsinə yararlı torpağa,geniş yaylağı və otlaq sahəsinə malikdir, kəndin cənub-şərq və şimal-şərq tərəfi 4000 hektardan çox hissəsi qədimi qarışıq meşə ilə əhatə olunmuşdur və eyni zamanda meşə sahəsi dövlət tərəfinəndə 1992 ci ilə kimi  çox ciddi qorunurdu.

Əhalisi

Kənd əhalisi 1992-ci ildə164 ailə 979 nəfər olmuşdur,Zağaltı kəndi ilə birlikdə 215 ailə 1273 nəfər əhalisi olmuşdur.kənd əhalisi kürd mənşəli olub.

1 ci Qarabağ müharibəsi zamanı 10 İyun 1975-ci ildə Laçın rayon Qorçu kəndində anadan olmuş Şahvələdov İlyas Nəriman oğlu 1994-cü ilin may ayının 9 da Ağdərə rayon Qırmızıkənd kəndində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur, Bərdə rayon şəhidlər xiyabanında dəfin edilib. və Xəlilov Osman Muğan oğlu 11 Fevral 1967 ci ildə Qorçu kəndində doğulub Ağdam rayonunda yaşamışdır,14 may 1994-cü ildə Tər-tər rayon Seyidsulan kəndində gedən döyüşlərdə şəhid olmuşdur Bərdə rayon Şəhidlər xiyabanında dəfin edilib.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi. Kəndin əsas məşğuliyyəti heyvandarlıqla yanaşı Arıçılıq, əkinçilik(Dənli bitkilər,demyə),toxuculuq (gəvə, kilim, palaz, fərməş) olmuşdur. Köhnə hanalar vasitəsilə bu toxuculuğu inkişaf etdirmişlər. Hana-da həvə, kir-kir, kuju ağacı, vərəng-alan və s. alətlərdən istifadə etmişlər. Dağlıq ərazidə bir neçə su dəyirmanlari (Təhməzin dəyirmani, Tanriverdinin dəyirmanı) olmuşdur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və s. əkirdilər. Meşələri dövlət əhəmiyyətli yasaqlıqlar idi. Meşədə qırmızı palıd, cökə, göyrüş, fıstıq, minlərlə meyvə ağacları mövcud idi. Yüzlərlə müalicəvi əhəmiyyətli təbii bulaqları təsərrüfata yararlı otlaq sahələri mövcud idi.

Qorçu çayı

Laçın rayonu ərazisində çay,Muxtökən dağ silsiləsidən Mənbəyini 2320 m. yüksəklikdən alır. Qorçu kəndinin ərazisindən axdığı üçün çayın adı belə adlandırılmışdır.[3]

İstinadlar

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. Qorçu (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.