Qonaqpərəstlik
Qonaqpərəstlik (rus. Куначество; qonaqçılıq sözündən törəmişdir) — Qədim Qafqazda adət. Adətə görə, fərqli tayfa və ya milliyətdən olan iki kişi elə bir yaxın dostluq münasibəti yaşayır ki, onlar qanbir olur, bir-birlərinə kömək edirlər. Buna oxşar adətlər çernoqoriyalılar, ərəblər və digər xalqlarda da müşahidə edilmişdir.[1]
Qonaqpərəstlik adəti xalqlararası əngəllərin aradan qaldırılması və qonşu xalqlar arasında dostluq münasibəti yaranmasında böyük rol oynamışdır. Beləliklə, müxtəlif xalqlar arasında əməkdaşlıq və ticarət artmışdır.[2]
Etimologiyası
Rusdilli mənbələrdə "Куначество" adlandırılan bu terminin kökü qədim türk dilindən törəmiş "qonaq" sözündən gəlir.[3]
Tarixi
Adətin yaranma dövrü məlum deyil. Qonaqpərəstlik adətinin mövcudluğunu sübut edən ən erkən yazılı sübut XV əsrdə çərkəzlər haqda əsərlər yazmış genuyalı səyyah Corcino İnterianonun yazılarında müşahidə olunur.
Ümumi olaraq, hər kəsi qonaqpərəstliklə və böyük səmimiliklə qəbul etmək onların adətidir. Onların qonağı "konak" adlandırırlar, hansı ki, latın dilində hospite deməkdir. Qonaq oranı tərk edərkən ev sahibi qonağı başqa bir qonaqpərəst evə qədər aparır, onu qoruyur və hətta, zəruri olduğu halda, onun üçün öz canını qurban verir.[4] |
İstinadlar
- "БСЭ. ст. Куначество". 2010-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
- Ш. Б. Ахмадов(доктор исторических наук, профессор). Куначество как одна из форм развития межэтнических связей на Кавказе в XVIII—XIX вв.
- Gölpınarlı, Abdülbâki. Yunus Emre’de Öz Türkçe Kelimeler (ingilis). 4. 1934.
- "Джорджио Интериано. БЫТ И СТРАНА ЗИХОВ, ИМЕНУЕМЫХ ЧЕРКЕСАМИ". 2011-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.