Qolomyannıy adası

Qolomyannıy adasıŞimal Torpağının tərkib hissəsi olan Sedov arxipelaqına daxil ada. Şimal Buzlu okeannın Kara dənizi suuları ilə əhatələnmişdur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 26 metr təşkil edir. Hündürlük adanın cənub-şərqində qərarlaşır. Bütünlüklə Kara dənizi suları ilə yuyulur. Adanın uzunluğu 6 km, eni isə 1–2 kimolmetr arasında dəyişir[1].

Qolomyannıy adası adası
rus. Голомянный
Ümumi məlumatlar
Sahəsi
  • 9 km²
Uzunluğu
  • 6 km
Eni 1,5 km
Hündür nöqtəsi 26 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
79°32′50″ şm. e. 90°38′40″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Qolomyannıy adası adası xəritədə
Qolomyannıy adası adası
Qolomyannıy adası adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sedov arxipelaqının ucqar qərb nöqtəsini təşkil edir. Ucqar nöqtəsi Promıslovıy burnudur. şimal Torpağına daxil olan adalar arasında Şmitf adası adasından sonra ən qərbdə yerləşən ikinci adadır. 1954-cü ilin yazından günümüzə qədər burada Qolomyannıy adası[1] qütb stansiyası[2] fəaliyyət göstərir.

Ada ərazisində göl və çay yoxdur. Şimal-qərb hissəsində, stansiya yaxınlığından qarkarın əriməsi ilə yaranan axar mövcuddur. Onun qarşısına kiçik bənd quraşdırılmışdır. Nəticədə kiçik bir su anbarı meydana gəlmişdur. Qütb stansiyasının əməkdaşları anbardan içməli su kimi istifadə edirlər[1]

Sredniy adasından ensiz boğazla ayrılır. Boğaz qış ayları tamamən donur. Cənub-şərqində Domaşnıy adası yerləşir. Krupski adasından Qırmızı Ordu boğazı ilə ayrılır.

Coğrafiyası

Adanın səthi platodan ibarətdir. Ərazilərində elə də dərin olmayan çökəkliklər vardır. Adanın sahilləri sıldırımlıdır. Bəzi hissələrdə hündürlük 12 metrə çatır. Qərbində isə sahil düzəndir[1]

Relyefi

Adanın səthi geoloji baxımdan gil və çıqıldan ibarətdir. Qrunt buzlağının qalınlığı iki metrdir[1]

Florası

Ada ərazisində mamırşibyə, üstəlik qütb laləsiDaşdələn[1] bitir.

İqlimi

Yayı soyuq, yağmurlu və rütubətlidir[1]. Ada ərazisində orta illik temperatur — −14.4 °C təşkil edir. İlin ən isti ayı iyuldur. Bu ayın orta temperaturu 0,6 °C-dir. Fevral ən soyuq aydır, orta temperatur −28 °C-dir. Qeydə alınan minimal temperatur −50,7 °C[1] təşkil edir. Çox illik orta rütubət 88% olmuşdur[1]. İllik yağıntının miqdarı — 247 mm[1]-dir. Küləklər əsasən cənub-şərq istiqamətində əsir. Küləyin orta güçü 6 m/san[1]-dir. Sentyabrdan yağan qar yerdə iyun ayına qədər qalır (26 iyun)[1]. İlin bütün aylarında orta temperatur 0 °C-dən aşağı olur. May ayında minimal teperatur −15.5, sentyabrda −8.5, avqustda isə −2 °C təşkil edir. Şimal yarımkürəsində aorel ayında ən soyuq irta temperatur Tiksidən (-27.6 °C) sonra burada qeydə alınmışdır (27.5 °C).

Mənbə

İstinadlar

Xəritə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.