Qobu Dilağarda

Qobu DilağardaAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Qobu Dilağarda
39°40′35″ şm. e. 47°10′23″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Qobu Dilağarda xəritədə
Qobu Dilağarda
Qobu Dilağarda

Tarixi

Azərbaycan dilində qobu "quru dərə", "quruyarğan" və Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600 ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir.

2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1].

Toponimikası

Qobu Dilağarda oyk. Füzuli r-nunun Dilağarda i.ə.v.-da kənd. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim qobu və dilağarda (etn,) sözlərindən ibarətdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində dilağarda tayfaşının Cənubi Azərbaycandan gəlib məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı 'Qobuda maskunlaşmış dilağarda" mənasındadır.[2]

Əhalisi

Tanınmış şəxsləri

Pəhlivan Fərzəliyev: Azərbaycanın milli qəhrəmanı

Həbib İbayev: Alim, fizik, riyaziyyatçı.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Xarici keçidlər

İstinadlar

  1. "Daha 23 kənd işğaldan azad edildi". report.az (az.). 9 noktyabr 2020. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.