Qobi qonur ayısı

Qobi qonur ayısı (lat. Ursus arctos gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Monqolustan ərazisində Qobi səhrası ərazisində yaşayırlar. Hazırda nəslinin kəsilmə ehtimalı yüksəkdir. Monqolustanın endemik canlısı olması və nəslinin kəsiləsi təhlükəsi ilə əlaqədar Monqolustan Qırmızı kitabına daxil edilmişdir. Xüsusi ilə onların kiçik populyasiyaya malik olması ilə əlaqədar onlar üçün təhlükəni artırır. Son genetik abalizlər nəticəsində onların sayının 22–31 baş (2012-ci ildə bununla bağlı aparılan elmi ekspedisiya zamanı) olması qeydə alınnışdır.

Qobi qonur ayısı
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Yarımdəstə:
İnfradəstə:
Arctoidea
Fəsilə:
Yarımfəsilə:
Triba:
Ursini
Cins:
Yarımnöv:
Qobi qonur ayısı
Beynəlxalq elmi adı
  • Ursus arctos gobiensis
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Sistematik xüsusiyyəti

Bəzən Qobi qonur ayısını Ursus arctos pruinosus yarımnövü ilə eyniləşdirirlər. Bu isə onların morfoloji uyğunluqlsrı iləizah olunmağa görədir. Ancaq sovet terioloqları Vladimir Yevgeni Sokolov və Viktor Nikolayeviç Qobi qonur ayısının kəllə quruluşunu əsas gətirərək onlar tibet ayıları ilə deuil daha çox Tyanşan ayıları olan Ursus arctos isabellinus yarımnövünə bənzərlikləri qeydə almışlar. Bir müddət sonra elə həmin müəlliflər bu ayıların müstəqil yarımnöv olmasını qeydə almışlar.

ệ== Təsviri == Adəti üzrə ayılar heçdə iri olmur. Kəlləsi ümumilikdə 323 mm uzunluğuna malikdir. Kürkünün rəngi parlaq-bozdan tutmuş ağımtıl-mavinin müxtəlif çalarlarında ola bilir. Kürkü kobuddur. Qarın, boğaz və əllərinin daxili hissələrində rənglər fərqlidir. Arxa pəncələrində yerləşın ikinci və üçüncü barmaqlar digərlərinə nisbətdə daha uzundur. Barlaqları və pəncə yastıqcıqları arasında məsafə 20 mm-dən çox deyildir. Bu baxımdan digər yarımnövlərdən fərqlənirlər.

Ekologiya

Qobi qonur ayısı Atas-Boqda və Saqan-Boqda dağlarının quru çay vadilərində yayılmışlar. Yay ayları əsasən vahələrin yaxınlıqlarında qərar tuturlar. Onların qidasının əsasını giləmeyvəlır təşkil edir. Xüsusi ilə Nitrarianın müxtəlif növləri bu baxımdan seçilir. Səhrada olan həşaratlar, kiçik onurğalılar qidasını təşkil edir. İstər gecələr, istərsə gündüzlər aktiv olur. Qayalıqlarla olduqca asanlıqlar hərəkət edə bilir. Ehtimal edilir ki, qış yuxusu 2–3 aydan çox çəkmir. Məlumatlara görə onlar qışı mağaralarda keçirir.

Maraqlı fakt

Monqollar ölkənin şimal hissəsində yayılmış ayıları xuren bavqay adlandırdıqları təqdirdə, Qobi qonur ayısına Mazalay deyirlər. Bu isə gönü sübut edir ki, monqollar bu canlıların fərqli növ olmasını düşünürdülər.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.