Qoşulmama Hərəkatı Gənclər Təşkilatı
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Qoşulmama Hərəkatına Üzv Dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı verməyə çalışır.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı | |
---|---|
ing. NAM Youth Organization | |
| |
Növü | Beynəlxalq |
Qeydiyyat tarixi | 29 iyul 2022 |
Rəsmi dili | |
Mərkəzi | Bakı |
Sədr | Orduxan Qəhrəmanzadə |
Haqqında
2019-cu il 25-26 Oktyabrda Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII sammitində dövlət və hökumət başçıları 24-25 oktyabr 2019-cu il tarixlərində Qoşulmama Hərəkatının ilk Gənclər sammitinin Qoşulmama Hərəkatının Bakı sammitinin kənarında təşkilini alqışladılar və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasını dəstəklədilər (Bakı yekun sənədinin 117-ci bəndi). Şəbəkə Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin nümayəndələrinə davamlı inkişafın təmin edilməsində qarşılaşdıqları mövcud problemlər və bu çətinliklərin dövlətlərinin razılaşdırılmış və adekvat cavabları ilə necə aradan qaldırıla biləcəyi ilə bağlı fikir, baxış və perspektiv mübadiləsi imkanı vermək üçün nəzərdə tutulmuşdur. Azərbaycan hesab edir ki, möhkəm quruluşa və aydın, nəticəyəyönümlü baxışa malik Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin formalaşdırılması Qoşulmama Hərəkatının gənclərinə gənclərin inkişafı ilə bağlı problemləri həll etməyə və Qoşulmama Hərəkatının gənclərinin ümumi mesajını beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırmağa imkan verir. Təşkilatın məqsəd və vəzifələri BMT-nin müvafiq qurumları və gənclərlə bağlı qurumlarla sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində müxtəlif beynəlxalq forumlarda Qoşulmama Hərəkatının gənclərinin maraqlarını təmsil etmək, habelə sülh və təhlükəsizlik üçün artan çağırışlar fonunda Qoşulmama Hərəkatının daşıdığı mühüm missiya haqqında gənclər arasında məlumatlılığın artırılmasına dəstək göstərməyi ehtiva edir.
Tarixi
Qoşulmama Hərəkatının üzvü olan ölkələrin gənclərini bir araya gətirən Qoşulmama Hərəkatının 61 illik tarixində ilk dəfə olaraq 25 – 29 iyul tarixlərində keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammiti çərçivəsində Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb.
Qoşulmama Hərəkatının yaradılması ilə bağlı "Şuşa Sazişi" adlı sənəd Şuşanın Qoşulmama Hərəkatının tarixində qeyd olunmasına xidmət edəcək. Şuşa Razılaşması (Şuşa sazişi) adlı sənədə əsasən, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı 2021-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü yaradılmış Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsasında yaradılıb. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiq edilib.