Qoşavəng monastırı

Qoşavəng məbədi – Qazax-Şəmşəddil sultanlığı ərazisində, Karvansaray (1930-cu il sentyabrın 9-dan İcevan) rayonunda Böyük Qarakilsə (1930-cu il yanvarın 3-dən Kirovakan) şose yolunun sağ tərəfində Turşsu bulağının yuxarısında qədim alban məbədi.

Qoşavəng monastırı
Գոշավանք
40°43′47″ şm. e. 44°59′51″ ş. u.
Ölkə  Ermənistan
Yerləşir Qoş, Tavuş
Aidiyyatı Erməni Qriqoryan Kilsəsi
Memar Mxitar Qoş
Sifarişçi Mxitar Qoş
Tikilmə tarixi əsası qoyulub: 1188, əsas kilsə binası: 1191-1196, gavit: 1197-1203
Ermənistanda qeydiyyata alınmış abidələr
İstinad nöm.10.23/14
KateqoriyaMəbəd
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qoşavəng (Ermənistan)
Qoşavəng
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ermənilər azərbaycanca "qoşa" sözünü sətri tərcümə edərək ("Cuğt" ermənicə "qoşa" deməkdir) məbədin adını "Cuğtağvəng" şəkilnə salmışlar. Ümumiyyətlə, Qoşavəng məbədinin əski adı Nor Getik olmuşdur və Qoşavəng adı məbədə sonradan verilmişdir. Bunun səbəbi mənbələrdə müxtəlif şəkildə göstərilir. Bəzi mənbələr buna səbəb olaraq məbəd kompleksində iki mühüm məbəd binası olduğunu göstərsə də, bəziləri Qoşavəng adını Mxitar Qoşla bağlayır. Belə ki, Mxitar Qoş uzun müddət bu məbəddə yaşamış və xidmət etmişdi.

Qoşavəng kompleksi iki abidədən ibarətdir. Birinci abidə XII yüzildə, ikinci abidə isə 1021-ci ildə tikilmişdir. İkinci abidə gümbəzsizdir.

Məbədin yerləşdiyi ərazilər qədimdən türk-oğuz boylarının ana yurdu olmuş və bura ilk ermənilər XIX əsrin əvvəllərində İranTürkiyədən köç etmişlər.

Kompleksin planı
Qoşavəng məbəd kompleksinin planı

Şəkildəki planda abidələr rəqəmlərlə göstərilmiş, aşağıdakı cədvəldə isə hansı rəqəm altında hansı abidənin qeyd edildiyi yazılmışdır.

  1. Müqəddəs Məryəm ana kilsəsi (1191-1196 – cı illərdə Məryəm ananın şərəfinə inşa edilmiş məbəd).
  2. Müqəddəs Qriqor Kilsəsi (Alban Həvvari Kilsəsinin katolikoslarından biri Müqəddər Qriqora həsr edilmiş kilsə – 1231).
  3. Müqəddəs Qriqoris Kilsəsi (Müqəddəs Qriqorun babası Müqəddəs Qriqorisə həsr edilmiş kilsə – 1231/1237).
  4. Qoşa vəng – Məbəd.
  5. Tək vəng.
  6. Kilsə (1197-1203 et 1231-1241).
  7. Məbəd Kitabxanası və zəng binası (1291).
  8. Məktəb binası.
  9. Qalereya.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.