Qoşatəpə yaşayış yeri (Babək)
Qoşatəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndindən cənubdada, ətraf yerlərə nisbətən hündür olan iki qoşa təpənin üzərində arxeoloji abidə.
Tarixi
Hazırda təpələrin ortasından yol salınmışdır. Tədqiqat zamam daşdan inşa olunmuş, divar qalıqları, çəhrayı rəngdə bişirilmiş keramika parçaları aşkar olunmuşdur. Mədəni təbəqə olduqca az yığılmışdır. Çəhrayı rəngli gil məmulatının bir qismi qırmızı boya ilə örtülərək cilalanmışdır. Qoşatəpə yaşayış yerini I-X əsrlərə aid etmək olar.[1][2]
İstinadlar
- Qədirzadə H.Q. Cəhriçay vadisi: m.ö. 4 minillik- dən günümüzədək (tarixi-etnoqrafik araşdırma). N., 2007.
- "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.