Qoşadizə (Ordubad)
Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi Qoşadizə kəndi adlandırılmışdır.[2]
Qoşadizə | |
---|---|
38°57′13″ şm. e. 45°50′04″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Mədəniyyəti
Klubu, kitabxanası, tibb məntəqəsi var[4].
Coğrafiyası və iqlimi
Rayonun mərkəzindən 22 km şimalda, Gilançayın sağ sahilindədir.
Əhalisi
Əhalisi 467 nəfərdir.[5]
İqtisadiyyatı
Əhalisi meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğuldur.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ nömrəli Qərarı". e-qanun.az (azərb.). e-qanun.az. 29 mart 2005. 24 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
- "Qoruqlar kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.