Qoşabulaq (Göyçə)

QoşabulaqGöyçə mahalının Basarkeçər rayonunda kənd.

Qoşabulaq
40°09′50″ şm. e. 45°48′12″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.025 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 466 nəf. (2011)[1]
Rəsmi dili
Qoşabulaq xəritədə
Qoşabulaq
Qoşabulaq

Tarixi

İrəvan quberniyasının Novobayazid qəzasında kənd və dağ adı. Dağda olan qoşa bulağın adından götürülmüşdür. Qoşabulaq kəndinin himi XIX əsrin ortalarında (1830–1840) Qazax mahalının Sofular kəndindən rusların basqınlarından qaçan varlı kənd sakini Hacı İman tərəfindən salınmışdır. Hacı İmanla birlikdə gələn bir neçə tayfa ağsaqqalları, yaşamaq üçün münbit torpaqları və əlverişli suyu olduğunu görərək həmin yeri özləri üçün daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilin dekabrına qədər Qoşabulaq olub və dəişdirilməmişdir. Kəndin adının mənası isə kəndin mərkəzindəki 2 bulağın adı ilə bağlıdır. Tayfa ağsaqqalları, kəndin adını həmin bulaqlara görə Qoşabulaq adlandırmışlar.

Kənd rayon mərkəzi Basarkeçərdən 2 km məsafədə yerləşir. 19 aprel 1991-ci ildə kəndin adı Şadcrek qoyulmuşdur.

Qoşabulaq kəndi Göyçə gölünün şərqində rayon mərkəzindən 6 km cənub-şərqdə dəniz səviyyəsindən 2023 m hündürlükdə yerləşir.

Kənd rayon mərkəzindən cənub-şərq tərəfdə yerləşirdi. Kənddə Pirki(Bruki), Cəlali, Şaulki tayfa-aşirətindən olan kürdlər də yaşayırdılar. Kürd evlərin sayı 50-dən çox idi. Kürdlər Qoşabulağa XX əsrin əvvəllərində Kefli kəndindən məcbur olub köçmüşdülər. Kefli kəndi Basarkeçərin cənubunda, Basarkeçərdən təxminən 3 km aralıda, Basarkeçər-Daşkənd yolunun sağında Qırma deyilən qayaliq dağın ətəyində yerləşirdi. XX əsrin əvvəllərində Basarkeçər və Qırxbulaq(Akunq) ermənilərinin təcavüzü nəticəsində yer-yurdlarndan didərgin düşmüş, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstana səpələnmiş, yalnız kiçik bir qrupu Qoşabulaq və Qayabaşı kəndlərində məskunlaşmağa məcbur olmuşlar. Kürdlər rayonun Göysu kəndində də yaşayırdılar. Ermənilər dəfələrlə Kefli kəndinin izini yox etmək üçün dəfələrlə "meliorasiya" işləri aparmışdılar. Ən sonda 1988-də onlar kəndin qəbristanlığını dağıtmağa başladılar. Kəndin keçmiş sakini Lətif oğlu Əhməd etiraz etdi. Dağıntı bir müddət dayandırılsa da, noyabrda qaçaqaç düşəndə qəbristanlıqdakı traktorların səsi yenidən eşidilməyə başladı. Beləliklə, erməni vandallar bir kəndi, onun qəbristanlığını yer üzündən sildilər və bir eli, obanı məhv etdilər.

Ərazisi

Kənd rayon mərkəzindən 6 km cənub — şərq tərəfdə yerləşmişdir. Kənd Qayabaşı kəndi ilə 2 km şərq tərəfdən, Sarıyaqub kəndi ilə 4 km cənub-şərq tərəfdən, Daşkənd kəndi ilə 4,5 km şimal tərəfdən həmsərhəddir. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilin dekabrına qədər Qoşabulaq olub və dəyişdirilməmişdir. Kəndin adının mənası isə kəndin mərkəzindəki 2 bulağın adı ilə bağlıdır. Tayfa ağsaqqallları, kəndin adını həmin bulaqlara görə Qoşabulaq adlandırılmışlar.

Tarixən kəndin ərazisi 4000 hektardan çox olmuşdur.

Kəndin eni 1 km, uzunluğu isə 2 km — dir. Kəndin mərkəzində keçmiş klub və idarə binasının arxasında çox, böyük daşlardan hörülmüş Alban məscidinin qalıqları vardır. Məscidə müqəddəs "Pir" kimi inanır və məbədin təmizliyinə riayət edərdilər. Məbədin üzərindəki " Qrabar" əlifbası ilə yazılan yazılardan bir daha aydın olur ki, Qoşabulaq kəndinin ərazisində III–V əsrlərdə yaşayan Alban Türklərinin tarixini sübut edən dəlillər vardır. Kənd mağazasından 15–20 m məsafədə yerləşən köhnə qəbiristanlıq dakı daşların böyüklüyü insanı heyrətə gətirirdi. Həmin daşlardan üzərində "Qrabar" əlifbası ilə yazılan yazılar vardır. Buradan bir daha aydın olur ki, həmin qəbiristanlıq

Alban Türklərinin qəbirstanlığı olmuşdur. Baş daşları çox iri və ağır olduğundan 60–70 sm-dən çox hissəsi torpaq qatları ilə örtülmüşdür. Kəndin ərazisində qədim yurd yerlərinin qalıqları vardır. Məşədi Əlinin evindən təxminən 200 m aralıda yarı qazma damlar vardır. Onun yanında olan keçmiş su dəyirmanı, Daşkənd kəndindən gələn su ilə işləyirdi. Göytəpə deyilən yurd yerində yaşayış məskəni olduğu açıqca hiss olunurdu. Hündürlüyü 10–15 m olan qayalıqlardan bulaqlar çıxırdı ki, onların suları birləşəndə su dəyirmanlarını işlədirdi. Kəndin ərazisində 7 su dəyirmanı olmuşdur. Onlardan 2-si tamamilə uçub dağılmış, 5-i isə işləyirdi. İşləyən 5 su dəyirmanından kənd əhalisi ilə birlikdə qonşu kəndlərin də əhalisi istifadə edərdilər.

Kəndin ərazisində adları Türk toponimlərindən ibarət çox gəzməli və mənzərəli yerlər, içməli suları olan çaylar və bulaqlar vardır. Kəndin dağı Sarı Yer yaylağının sərhəddində yerləşirdi. Yaylağın otarağı "Topallıqla" o qədər zəngin idi ki, qışda orada bir neçə sürü qoyun və mal naxırını saxlamaq mümkün idi. Yaylağın qutaracağında güclü bulaqlar var idi. Bulaqları suları birləşərək "Daşağan çayını" təşkil edirdi. Kiçik bulaqların isə xalq tərəfindən qoyulmuş qədim adları vardır: Sarı bulaq, Lilparlı bulaq, Qaradaş dağında obadan 300–400 m yüksəklikdə dağın yamacında yerləşən Qarabulaq, yaylaqda isə Camış uçan, Çataq və başqa yerlər vardır. "Qarabulaq" deyilən ziyarətgaha çobanlar və kənd əhalisi ziyarətə gələr, bulağın suyundan içərdilər. Suyun içindən dəmir pul, kəhrəba muncuq, düymə götürərdilər.

Kəndin 1500 hektardan çox torpaq sahəsi olmuşdur. Ondan 900 hektarı əkənək, yerdə qalan 600 hektarı isə biçənək sahələridir. Basarkeçər rayonu ilə Daşkənd kəndinin sərhədlərində yerləşən "Qırma" adlanan ərazidə -Kefli kəndində yaşayan Kürdlər müsəlman olduqlarına görə erməni daşnaqları tərəfindən sıxışdırılaraq incidilirlər. 1931-ci ildə onları Qoşabulaq kəndinə köçürürlər. 1931–1988-ci ilə qədər kənddə azərbaycanlılar kürdlərlə birlikdə yaşadılar. Sonralar isə kürdlər azərbaycanlılar kimi erməni daşnaqları tərəfindən məskunlaşdıqları Qoşabulaq kəndindən zorla çıxarılaraq qaçqın düşdülər. Onlar hal-hazırda Xanlar rayonunun Göyçəkənd kəndində və İsmayıllı rayonunun Sultankənd , Üçtal, Qalagah kəndlərində Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşaraq azərbaycanlılarla birlikdə yaşayırlar.

Əhalisi

Kəndin əhalisinin statistik göstəricisi belə olmuşdur. 1831-ci ildə 117 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-cı ildə 419 nəfər, 1897-ci ildə 456 nəfər, 1914-cü ildə 672 nəfər, 1918–1920-ci illərdə kənd daşnaklar tərəfindən dağıdılmışdır. 1921-ci ildə kəndin əhalisi yenidən kəndə qayıtmışlar.

1922-ci ildə 387 nəfər, 1926-cı ildə 291 nəfər, 1931-ci ildə 383 nəfər, 1988-ci ildə 1800 nəfər əhalisi olmuşdur.

1988-ci ilə qədər əhalisi azərbaycanlılar olan kənddə hal-hazırda ermənilər yaşayırlar.

1988-ci ilin soyqırımınıda kənddən həlak olanlar. Əliyev Firuddin Alı oğlu (1936), Cəfərov Tapdıq İsmayıl oğlu (1950), Abbasova Rüxsarə Əli qızı (1979).

İlSayı
1831 117 [2]
1873 316 [3]
1897 457 [2]
İlSayı
1926 355 [2]
1939 629 [2]
1959 638 [2]
İlSayı
1979 1.440 [2]
1989 475 [2]
2001 568 [2]
İlSayı
2011 466 [1]

Kəndin tayfaları

  • Məşədi Qasımlılar - (Gəncə Xanlar, İsmayıllı )
  • Daşdəmirlilər — (Qazax mahalının Salahlı kəndi)
  • Astanlılar — (Qazax mahalı)
  • Mövlalılar — (Naxçıvan MR, Şərur rayonu, Gümüşlü kəndi)
  • Hacı İmanlılar — (Qazax mahalının Sofular kəndi)
  • Axundlular — (Cənubi Azərbaycan)
  • Məşədəllər — (Qazax mahalı)
  • Kərbəlayı Ələkbərlilər — (Qazax mahalı)
  • Çöstərlilər — (Qazax mahalı)
  • Mirzə — Yusiflilər — (Qazax mahalı)

Tanınmış şəxslər

Qaçqınlıq

1905–1907-ci illərdəki I qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq Şəmkir, Goranboy və başqa yerlərdə məskunlaşmışlar. Əhali 1907-ci ilin yazında yenidən doğma kəndinə qayıtmış, az bir hissə isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Kəndin təxminən 30–35 evi, 100–120 nəfərə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdürlər. Kənd əhalisi Topaşan və Kəlbəcər yolları ilə çıxaraq Şəmkir, Kəlbəcər, Gədəbəy, Samux və başqa yerlərdə məskunlaşmışdır. Əhali 1921-ci ilin yazında yenidən doğma kəndinə qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Kəndin təxminən 45–50 evi, 180–200 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kəndin 120 evi və 370 nəfərə yaxın əhalisindən 70 evi, 280–300 nəfərə yaxın əhalisi Azərbaycanın Tərtər rayonunun Borsunlu kəndində məskunlaşmışdır. Əhalidən 70 evin 68 evi 1954–1955-ci illərə qədər yenidən doğma kəmdinə qayıtmış, 2 evi isə məskunlaşdıqları Borsunlu kəndində qalmışdır. Qaçqınlıq zamanı kəndin 120 evi, 370 nəfərə yaxın əhalisi olmuşdur.

1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çəxarılaraq qaçqın düşmüşdür. Əhali Bakı, Gəncə, Bərdə, Tərtər, İsmayıllı, Yevlax, İsmayıllı, Göygöl, Şəmkir və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi, bu günə qədər məskunlaşdıqları yerlərdə yaşayırlar. Kəndin 500-dən çox evi, 2500 nəfərə yaxın əhalii olmuşdur.

İqtisadiyyatı

Əkinçilik və heyvandalıq

Ədəbiyyat

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.