Qoçuludağ

QoçuludağŞərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb yamacında, silsilənin suayrıcındakı Qaraquş yüksəkliyindən (hünd. 2600,5 m) qərbə ayrılan Rəmlər qolunun qurtaracağında, Tənənəm kəndindən 1 km şimal-şərqdə dağ (hünd. 1676,8 m). Günbəzvari formadadır. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Biləvə-Qoçuludağ sinklinalının nüvə hissəsində yerləşir. Qərb yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılması keçir.

Qoçuludağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1676 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi.[1]

İstinadlar

  1. IV. Bölüm Şah Abbas Devri (995 – 1037 = 1587 – 1628). A — Büyük Oymaklar. 2 — Ustacalu. e) Koçulu, sayfa 162, 166.// Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü (Şah İsmail ile Halefleri ve Anadolu Türkleri). — Pr. Dr. Faruk Sümer. Selçuklu Tarih ve Medeniyeti Enstitüsü Yayınları, Tarih Dizisi No 2. Ankara: Güven Matbaası, 1976, 265 sayfa.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.