Qoçaq Əsgərov

Əsgərov Qoçaq Məhərrəm oğlu (27 dekabr 1978, Qoçəhmədli, Füzuli rayonu) — Azərbaycanlı xanəndəpiano ifaçısı, Azərbaycanın əməkdar artisti (2018).

Qoçaq Əsgərov
Qoçaq Əsgərov 18 may 2012-ci ildə Londonun "Queen Elizabeth Hall" səhnəsində çıxış edərkən
Qoçaq Əsgərov 18 may 2012-ci ildə Londonun "Queen Elizabeth Hall" səhnəsində çıxış edərkən[2]
Ümumi məlumatlar
Doğum tarixi 27 dekabr 1978(1978-12-27) (45 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Janrlar muğam, fəlsəfi musiqi
Səs tembri lirik tenor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2018

Həyatı

Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Altı yaşında olarkən, o, ilk dəfə doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başladı. Balaca oğlan hər yerdə ifa edirdi — evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. Balaca Qoçaq peşəkar müğənni olmaq arzusuna mübtəla olmuşdur; o, valideynlərindən xəbərsiz olaraq musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlanan müharibə və onun ardınca ​​1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, onun musiqi ilə məşğul olmasına maneəçilik törədir. Onun ailəsi, digər yüzlərcə ailələr ilə birlikdə, ölümdən xilas olmaq üçün öz evlərini və mal-qarasını tərk etməyə məcbur edilmişdilər. Bakıya yerləşməzdən öncə, onlar bir neçə il ərzində bir şəhərdən digərinə səyahət edən qaçqınların həyatını yaşamalı oldular. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, o, öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər dözümlü qaldı.

1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinfinə qəbul edilmişdir. 2004-cü ildən — 2008-ci ilə qədər o, Azərbaycan Milli Konservatoriyasında musiqi və ənənəvi vokal fənlərini öyrənirdi. Gənc xanəndə titulunun sahibi olmaq məqsədilə, o, hələ tələbəlik dövründə, daha doğrusu 2006-cı ildə Birinci Muğam Milli Televiziya Yarışında iştirak edir və onun qaliblərindən biri olur.

Növbəti ildə o, Londonun məşhur "Brunei Gallery" teatrının səhnəsində çıxış etməsi üçün dəvət alır. Bu onun beynəlxalq debütü və eyni zamanda da onun birinci solo konserti idi. Həmin il ilk dəfə BBC Radio 3 özünün "World Routes" adlı proqramında gənc xanəndəni dinləyicilərə təqdim edir və o vaxtdan bəri bunu dəfələrlə təkrarlayır. 2009-cu ildə isə, BBC Radio 3 onu Londonun Çarlton-parkında düzənlənmiş WOMAD festivalının səhnəsində çıxış etməyə dəvət edir. Xüsusi olaraq festival üçün hazırlanmış bukletdə onun haqda belə bir məlumat yerləşdirilmişdir:

" Son 27 il ərzində, WOMAD komandası bir çox təəccüb hissi doğuran ifaçılar ilə rastlaşmışdır. Onlardan daha birisini bu siyahıya əlavə etmək olduqca zəruridir. "

Həmin ildə Qoçaq Əsgərov Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya şöhrətli beynəlxalq musiqi festivalında iştirak edir və qalib gəlir. Özünün səkkiz ildən artıq olan ictimai musiqi fəaliyyəti ərzində, 36 yaşlı Qoçaq Əsgərov 2007-ci ildən başlayaraq, dünyanın bütün əhəmiyyətli beynəlxalq musiqi festivallarında, o cümlədən WOMAD (Böyük Britaniya, 2009), WOMADelaide (Avstraliya, 2010), Taranaki (Yeni Zelandiya, 2010), WOMEX (Yunanıstan, 2012), Proms (Böyük Britaniya, 2013), SXSW (ABŞ, 2014), həmçinin Avropanın, Asiyanın və Yaxın Şərqin çoxsaylı musiqi yarışmalarında, məsələn, Romada təşkil edilən Musica dei Popoli (2012), Hollandiyanın RASA Muziek & Dans, İspaniyanın Casa Asia festivalında (2012), Şanxay Dünya Musiqi festivalında (2014), İsrailin məşhur Jerusalem Oud festivalında (2014) uğurla çıxış etmişdir. Onun əsrarəngiz səsi Böyük Britaniyanın "ARC Music Production" və "Nascente Records", həmçinin İtaliyanın "Felmay Records" və digər səsyazma şirkətləri tərəfindən satışa çıxarılmışdır. Bundan başqa, tanınmış Folk World/Deutsche Rezensionen adlı onlayn musiqi jurnalı tərəfindən Qoçaq Əsgərovun "Felmay" albomuna kifayət qədər müsbət rəy verilmişdir; onlar albom barəsində "Gözəl albom və istedadlı musiqiçi" yazısını yerləşdirərək, sənətçiyə yüksək qiymət vermişdilər[3]. Məşhur Britaniya musiqi jurnalı olan Songlines "dünyanın zirvəsində" başlığı altında 2013-cü ildə buraxılmış Felmay albomu haqqında öz müsbət resenziyasını yerləşdirmişdir. 2013-cü ildə BBC-nin təşkil etdiyi Promenade gecə konsertində Qoçaq Əsgərov Azərbaycan muğamını ilk dəfə olaraq Royal Albert Hall-da səsləndirmişdir.[4][5] 2018-ci ildə İsveçrədə keçirilən Festival des 5 Continents festivalında fransız musiqiçi Pierre de Trégomain ilə konsert vermişdir.[6] 2020-ci ildə HEART & MIND festivalında çıxış etmişdir.[7]

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[8]

10 may 2019-cu ildə[9], 7 may 2020-ci ildə[10] və 7 may 2021-ci ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.

Diskoqrafiya

Diskoqrafiya
İl Ad Buraxan şirkət Buraxan ölkə Qeyd
2008 Music from Azerbaijan. Gochag Askarov & Sari Gelin Ensemble[12] ARC Music Productions, EUCD 2146  Böyük Britaniya
2009 Qoçaq Əsgərov. Azərbaycan Musiqi Dünyası (ing. Gochag Askarov. Musical World of Azerbaijan) Melodiya MMC  Azərbaycan
2010 Music from Azerbaijan. Gochag Askarov & Mugham ensemble TURAN Bird Walks Records, BW- 01  Avstraliya
2011 Gochag Askarov. Mugham/Traditional music of Azerbaijan Felmay Records, CD, fy 8183  İtaliya
2011 "World Routes: On The Road", 2 CD[13] Nascente Records, (NASCE001), BBC — disc 2, track 10  Böyük Britaniya
2012 The Womeximizer 12, CD 12 WOMEX Selections, Piranha Records AG  Almaniya
2013 Gochag Askarov. Sacred World of Azerbaijani Mugham[14] Felmay Records, CD, fy 8210  İtaliya
2013 Mugham of Azerbaijan CD, track 7 Songlines music magazine  Böyük Britaniya
2017 Mugham Souls (Traditional Music of Modern Azerbaijan) Felmay  İtaliya

Beynəlxalq reaksiya

  •  Avstraliya, Radio Daily Planet 2010-cu il: "Qoçaq Əsgərov — öz zəngin daxili dünyası və istedadı ilə, ölkənin ən yaxşı müğənnilərindən biridir"[15].
  •  Avstraliya, The Adverter 2010-cu il: "WOMADelaide festivalı cümə gününün axşamı cənab Əsgərovun möhtəşəm sədaları ilə başa çatmışdır. Əsgərovun səsi heç zaman dolaşmır və qəfil deformativ pozulmalara məruz qalmırdı. Bir qayda olaraq, onun səsinin qeyri-adi vibrato və portamento effektləri, musiqinin ilahi gözəlliyinə öz töhfəsini verirdi. Əsgərovun marafon məhsuldarlığı əsl vəhy və kəşf idi".
  •  Avstraliya, The Adelaide Review 2010-cu il:
  •  Niderland, RASA Muziek & Dans 2012-ci il: "Qoçaq Əsgərov klassik Azərbaycan muğamının varis şahzadəsidir".
  •  Yunanıstan, WOMEX Line up 2012-ci il: "Füsünkar gözəlliyi ifadə etməyə qadir olan əsrarəngiz səs… ehtiraslı ötürülmənin və mahir üsullu idarəetmənin fövqəltəbii keyfiyyəti…", "onun konsertləri — musiqi məharətinin və Azərbaycan mədəniyyətinin füsunkar, ovsunlayan və qabaran təzahürlərindən biridir", "Qoçaq Əsgərov — Azərbaycan muğam ifaçılarının müasir nəsilinin fəaliyyət mərkəzində durur".
  •  Böyük Britaniya, Southbank Centre 2012-ci il: Qoçaq Əsgərov — Azərbaycan muğamının vokal üslubunun ən yaxşı eksponentlərindən biridir. WOMAD festivalı çərçivəsində Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada keçirilən konsertləri zamanı, onun səsinin virtuozluğu və dramatikliyi, əyləşən beynəlxalq auditoriya üçün son dərəcə heyran- və valehedici hislər yaratmışdır[16].
  •  Böyük Britaniya, London Evening Standard 2013-cü il: "Azərbaycanın əfsanəsi", "dünyanın ən yaxşı müğənnilərindən biri", "dünyanın ən böyük sənətkarı" — bununla belə, onun yüksək musiqi dünyasında tanıtılması üçün bütün bu ifadələr yetərsiz sayılır[17].
  •  Böyük Britaniya, Songlines 2013-cü il: "Qoçaq Əsgərov, Azərbaycanın intensiv inkişaf edən klassik muğam musiqisinin yeni ikonası hesab olunur".
  •  ABŞ, SXSW 2014-cü il: "Demək olar ki, üç oktavalı diapazona malik olan Qoçaq Əsgərovun səsi, öz yüksək virtuozluğu ilə dinləyicini bir anda dram, melanxoliya və eyni zamanda da şövq və ehtiras kimi hislərə qapılmasına səbəb olur[18].
  •  İsrail, Jerusalem Post 2014-cü il: Sakit, aşağı və yumşaq keçidə qəfildən dəyişmə ilə müşayiət edilən, yüksək diapazonun fövqəladə dramatik və intensiv oxunuş tərzi daha çox israrla yeri dəyişdirən emosional effektə malikdir. Əsgərov əsl usta oldu[19].
  •  İsrail, Confederation House 2014-cü il: Qoçaq Əsgərov Azərbaycanın mədəni elitasının ayrılmaz parçasıdır və öz istedadı sayəsində muğam vokalistləri içərisində qabaqcıl və mühüm pillədə durur[20].

İstinadlar

  1. KM's Live Music shots. Flickr, Canon EOS 1000D EF-S18-55mm f/3.5-5.6. Taken on May 18, 2012.
  2. KM's Live Music shots. Flickr, Canon EOS 1000D EF-S18-55mm f/3.5-5.6. Taken on May 18, 2012.
  3. Eelco Schilder. Gochag Askarov "Sacred World of Azerbaijani Mugham". FolkWorld - Home of European Music. 2013. 2020-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-08.
  4. "Arxivlənmiş surət". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  5. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  6. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  7. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  8. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  9. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  10. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  11. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  12. BBC embraces magical mugham. TODAY.AZ. 13 DECEMBER 2010 [14:48]. 23 September 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 August 2016.
  13. Various – World Routes: On the Road (Nascente – NASCE001). UK: discogs. ISBN 5014797138063. 2021-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-08.
  14. Alberto Bazurro. Gochag Askarov: Sacred World Of Azerbaijani Mugham. July 9, 2014 in Italy. January 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2016.
  15. Azerbaijani singers are remarkable for their supple, powerful voices and Gochag Askarov, with his richly timbered, high voice, is one of the country's premier singers. Daily Planet. Monday 22 February 2010 2:20PM.
  16. Gochaq Askarov is Azerbaijan's finest exponent of the mugham vocal style, the traditional Azeri art music that requires an exceptional musical memory, a fine ear and great improvisational ability. England and Wales No. 298909: Southbank Centre. Friday 18 May 2012. 27 August 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 August 2016.
  17. SIMON BROUGHTON. Proms 2013: World Routes - music review (The fourth showcase of Radio 3’s World Routes Academy, with Azeri music providing the substantial filling between two bands from Mali). Friday 23 August 2013. 27 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2016.
  18. Gochag Askarov Ensemble. SXSW Schedule. Thursday, March 13. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-11.
  19. URY EPPSTEIN. Review: Oud Festival, Azerbaijani Music at the Jerusalem Theater. The Jerusalem Post. 11/11/2014 21:30. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-11.
  20. The Prince of Azerbaijani Mugham: Gochag Askarov. Rebecca Crown Hall, Jerusalem Theater: Kalman Sultanik Confederation House. Saturday, 8 November 2014. 6 August 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 August 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.