Qloryoz adaları
Qloryoz adaları (fr. Îles Glorieuses bəzən Archipel des Glorieuses) — Hind okeanında yerləşən yaşayışı olmayan kiçik adalardan təşkil olunmuş adalaг qrupu. Coğrafi baxımından Komor arxipelaqına daxildir.
Qloryoz adaları | |
---|---|
fr. Îles Glorieuses | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 5 km² |
Hündür nöqtəsi | 12 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
11°30′ c. e. 47°20′ ş. u. | |
Ölkə | Fransa |
Vilayət |
|
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
dalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir.
Coğrafiyası
Adalar Hind okeanında, Madaqaskardan 115 km şimal-qərbdə yerləşir. Onların ümumi sahəsi 5 км², adaların mərkəzində olan laqunun sahəsi isə 29,6 km²-dir. İqtisadi zonanın sahəsi isə 48 350 km²-dir.
Arxipelaqa aşağıdakı adalar daxildir:
- Qrand-Qloryoz 11°34′46″ c. e. 47°17′54″ ş. u.
- İl-dyu-Lis 11°30′59″ c. e. 47°22′36″ ş. u.
- Qəza qayası 11°30′45″ c. e. 47°22′54″ ş. u.
- Cənub qayası 11°35′43″ c. e. 47°18′06″ ş. u.
- Yaşıl qayalar 11°34′15″ c. e. 47°19′54″ ş. u.
- üç adsız ada
İqtisadiyyat
Burada hansısa təsərrüfat işləri aparılmır. Əhalisi yoxdur.
Mənbə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.