Qlikon

Qlikon (q.yun. Γλυκών) — təbabət tanrısı Asklepinin insan başlı ilan və ya at yallı şir şəklində təcəssümü. Qlikon kultu II əsrdə yalançı peyğəmbər Abonotixli Aleksandr tərəfindən təqdim edilmişdir. Arxeoloji tapıntılara əsasən, Antonin PiyMark Avrelinin hakimiyyəti illərində Roma imperiyasında Qlikon təsviri olan sikkələr geniş yayılmışdır.[1]

Qlikon
Cinsi kişi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlarepikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir.[2] İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".[3]

İstinadlar

  1. "Lucian: Alexander the False Prophet". www.earlychristianwritings.com. 2018-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
  2. Fergurson, Everett. Backgrounds of Early Christianity (ingilis). Wm. B. Eerdmans Publishing. 2003. səh. 218. ISBN 0-8028-2221-5.
  3. Lukian. Alexander the False Prophet. (məqalə). Loeb Classical Library (ingilis) (1936). Harvard University Press. 180. P. 24–25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.