Qleyvits təxribatı

Qleyvits radio stansiyasına hücum və ya Qleyvits təxribatı, həmçinin "Konserva" əməliyyatı (alm. Gleiwitz; pol. Prowokacja gliwicka) — SS tərəfindən 31 avqust 1939-cu ildə Almaniyanın Polşaya hücumu üçün bəhanə yaratmaq üçün genişmiqyaslı "Himmler əməliyyatı" çərçivəsində həyata keçirilmiş Qleyvits (indiki Qlivise) şəhərində Alman radiostansiyasına Polşa tərəfinin hücumunun səhnələşdirilməsi.[1]

Qleyvits təxribatı
Əsas münaqişə: "Himmler" əməliyyatı
Qleyvits radioötürücü qülləsi
Qleyvits radioötürücü qülləsi
Əməliyyat dairəsi Almaniya - Polşa sərhəddi
Əməliyyatın yeri Qleyvits qəsəbəsi
Planlaşdıran Reyx Təhlükəsizliyinin Baş İdarəsi
İcra edən SS Schutzstaffel
Hədəf Polşanın işğalı üçün bəhanə
Tarix
  • 31 avqust 1939-cu il
Nəticə Almaniyanın Polşaya hücumu
Üçüncü Reyxdə Qleyvits radio qülləsinin yeri (1937 sərhədləri)

Sərhəd münaqişəsinin planını Adolf Hitlerin əmri ilə Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi Reynhard Heydrix və onun tabeliyində olan VI-F qrupunun rəhbəri (təxribat) SS Şturmbannfüreri Alfred Nauyoks hazırlamışdı.[2] Təxribatın məqsədi Almaniyanın Polşaya hücumunun yalnız Almaniyanın Polşa tərəfinin alman sakinlərinə qarşı zorakılıq aktlarına reaksiya göstərməsi kimi təqdim etmək idi. 1939-cu ilin avqustunda Polşa ordusunun formasını geyinən SS döyüşçüləri Qleivitsa şəhərində alman radio yayımçısına hücum etdilər.[3] Beynəlxalq ictimaiyyətə öldürülmüş "polyak əsgərlərin" meyitləri təqdim edildi. Əslində qətlə yetirilən "polyak əsgərlər" Zaksenhauzen həbs düşərgəsində ölən əsirlər idi.[2] 1 sentyabr 1939-cu il tarixində Alman qoşunları Polşaya hücum etdi və İkinci Dünya Müharibəsi başladı.[4]

SS-in Qleyvits təxribatına dair dəlillər SS Şturmbannfüreri Alfred Nauyoks tərəfindən 1945-ci ildə verilmişdir.[1]

Tarixi

Birinci dünya müharibəsinin nəticələrindən biri də XVIII əsrin sonlarında süqut edən Polşa dövlətinin bərpası oldu. Bu dövlətin Baltik dənizinə çıxış əldə etdiyi “Polşa dəhlizi” Almaniya ərazisini ikiyə böldü: mərkəzi Köniqsberq (indiki Kalininqrad) olan Şərqi Prussiya Almaniyanın əsas ərazisindən ayrı düşdü.[5][6] Bundan əlavə, Versal müqaviləsi əhalisinin böyük əksəriyyəti almanlardan ibarət olan “azad Dansiq şəhəri” adlı dövlətin yaradılmasını nəzərdə tuturdu.[7] Ərazisi 1966 kv. km olan bu dövlətə polyakların Qdansk adlandırdıqları Dansiqdən əlavə 4 balaca şəhər, 252 kənd və 62 xutor daxil idi. Polşa Dansiqdə bir sıra imtiyazlara malik idi, həmçinin şəhəri beynəlxalq arenada təmsil edirdi.

1933-cü ildə hakimiyyətə gələn Hitler Versal müqaviləsinin bir sıra şərtləri kimi sözügedən status-kvo ilə də barışmaq niyyətində deyildi. Amma ilk vaxtlarda Polşa ilə münasibətləri korlamaq da istəmirdi. Buna görə ilk vaxtlarda Polşa ilə mehriban davranırdı, hətta 1934-cü ilin yanvarında iki dövlət arasında “Zor tətbiq etməmək haqqında” bəyannamə imzalandı.[8] Sonrakı illərdə Dansiq almanları arasında nasistlərin nüfuzu xeyli artır, şəhər onların nəzarətinə keçir. Amma Hitler onlara Polşa əleyhinə heç bir aksiya keçirməməyi tapşırır. Fürer polyakları dəfələrlə əmin edir ki, Dansiqin statusunun dəyişdirilməsi ilə bağlı təklifləri heç zaman dəstəkləməyəcək. Polşa da bu illərdə Almaniyaya çox etibar edir. Hətta 1938-ci ildə Sudet böhranı zamanı Almaniyanın müttəfiqi kimi davranır,[9] and gave Czechoslovakia a deadline of 28 September at 2:00 p.m. to cede the Sudetenland to Germany or face war.[10] Çexoslovakiyaya qarşı ərazi iddiası irəli sürür və mübahisəli Teşin vilayətinin özünə birləşdirilməsinə nail olur.[11][12]

Amma polyakların sevinci uzun sürmür. Planlaşdırdığı bütün anneksiyaları həyata keçirən Hitlerin növbəti hədəfi artıq Dansiq idi. 1938-ci il oktyabrın 24-də Almaniyanın xarici işlər naziri fon Ribbentrop Polşa səfiri Yuzef Lipski ilə görüşərək Dansiqin reyxə birləşdirilməli olduğunu söylədi. Bundan əlavə, nazir almanların eksterritorial hüquqla Şərqi Prussiyaya şose və dəmiryolu çəkmək istədiklərini bildirdi. Lipski bu iddiaları qəti rədd etdi.[13]

1939-cu il yanvarın 5-də Polşanın xarici işlər naziri Yuzef Beki qəbul edən Hitler “kökə və qamçı” siyasətindən istifadə etdi. Dansiqin əvvəl-axır Almaniyanın bir hissəsi olacağını qeyd edən fürer özünə məxsus müstəsna yalançılıqla əlavə etdi: “İstənilən bütün hallarda Almaniya güclü Polşa dövlətinin mövcudluğunda maraqlıdır”.[14]

Almanlar güman edirdilər ki, AvstriyaÇexoslovakiya ilə bağlı hallarda olduğu kimi Polşa da onların təzyiqinə davam gətirməyib sonda təslim olacaq və şərtləri qəbul edəcək. Amma polyaklar daha inadkar çıxdılar, sonrakı aylar ərzində heç bir hədə-qorxuya, basqıya boyun əymədilər.[15] Berlin anladı ki, məsələni zor tətbiq etmədən həlli mümkün olmayacaq. Dünya ictimai rəyində haqlı tərəf olmaq üçün isə zor tətbiqinə bəhanə tapmaq lazım idi.

Hazırlıq

Alfred Nauyoks
Reynhard Heydrix (solda) və Karl Hermann Frank, Praqa Qalasında, 1941

"Konserva" əməliyyatı[16] ideyası Reynhard Heydrixdə 1938-ci ildə Sudet böhranı dövründə yaranmışdı. Lakin Böyük BritaniyaFransa Münhen müqaviləsini imzalayaraq güzəştə getdikləri üçün tətbiq olunmadı. 1939-cu il avqustun 10-da Reyx Təhlükəsizliyinin Baş İdarəsi (RSHA) rəisi Reynhard Heydrix SS şturmbannfüreri Alfred Nauyoksu yanına çağırdı.[17] Heydrixin verdiyi tapşırıq “başqa bayraq altında” ümumi adı ilə məşhur idi. RSHA şefi divarda asılan xəritədə Nauyoksa Polşa ilə sərhəddən 10 km məsafədə Almaniya ərazisində yerləşən kiçik Qleyvits şəhərini göstərdi və buradakı radiostansiyaya hücum təşkil etməyi tapşırdı. Amma hücum polyaklar edibmiş kimi səhnələşdirilməli idi. Bununla da müharibəyə başlamaq üçün bəhanə qazanılacaqdı.[18] Üstəlik, Polşanın günahkar kimi təqdim olunması onunla müttəfiqlik öhdəliyinə malik olan Fransanın müharibəyə qoşulmaqdan imtinasına səbəb ola bilərdi.

Əməliyyatda 6-7 nəfərin iştirak edəcəyi gözlənilirdi. Onlar radiostansiyanı ələ keçirməli, polyak dilində bir neçə dəqiqə danışmalı (bunun üçün qrupda polyak dilini bilən vardı) və havaya atəş açaraq binanı tərk etməli idilər. Gedərkən ortada bir sübut da buraxılacaqdı: polyak formasında olan cəsədlər.[19] Polşa ordusunun formasını geyindiriləcək şəxslər Daxau həbs düşərgəsində qətlə yetirilmiş dustaqlar idi.[18][19][20] Təxribatı həyata keçirmək üçün hərbi kəşfiyyatın rəisi admiral Vilhelm Kanarisdən Polşa hərbi forması istənildi.[21] Kanaris aydınlıq üçün Baş qərargah rəisi Vilhelm Keytelə müraciət edir. Keytel də öz növbəsində deyinərək “belə şeyləri xoşlamadığını” bildirir, amma əmr Hitlerdən gəldiyinə görə edəcək bir şey olmadığını söyləyir. Kanaris də formaları verməli olur.

Birinci cəhd

Avqustun ortalarında Nauyoks Qleyvitsə gəlir və əmr gözləməyə başlayır. Şərtləşməyə görə, əməliyyata başlamaq üçün ona telefonla “Nənə öldü” xəbəri verilməli idi.[22] Bu günlərdə SSRİ ilə “Hücum etməmək haqqında müqavilə” imzalanmasına nail olan Hitler hücumu ilkin olaraq avqustun 26-na təyin edir. Amma həmin tarixə bir gün qalarkən iki xoşagəlməz xəbər gəlir. Birinci xəbər İtaliyanın Baş naziri Benito Mussolinidən olur. Polad paktı əsasında Almaniya ilə müttəfiqlik öhdəliyi götürən duçe yazırdı ki, əgər İngiltərə və Fransa Almaniyaya qarşı müharibəyə başlarsa, “İtaliyanın hərbi hazırlıqlarının səviyyəsi döyüş təşəbbüsü göstərməyə” imkan verməyəcək. Başqa sözlə, İtaliya bitərəf qalacağını bəyan edirdi. İkinci xəbər Londondan gəldi və Mussolininin qorxularının əsassız olmadığını göstərdi.[2] Burada İngiltərə və Polşa arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalandı. Bu iki xəbər Hitleri əməliyyata başlamaq haqqında göstərişini dayandırmağa vadar etdi. Yaranmış siyasi vəziyyəti yenidən dəyərləndirmək lazım idi. Sonrakı günlərdə fürer qərara gəldi ki, İngiltərə və Fransa hədə-qorxu gəlirlər, əslində Polşaya görə müharibəyə qoşulmayacaqlar. Baxmayaraq ki, hər iki dövlət ona bunun əksini sübut etməyə çalışırdılar.[23]

Həmin günlərdə Fransanın Baş naziri Eduard Daladye Hitlerə yazdığı məktubda bildirirdi: “Əgər siz fransız xalqının şərəf duyğusunun almanlardakından az olduğunu düşünmürsünüzsə, Fransanın başqa dövlətlər, məsələn, Polşa qarşısındakı öhdəliklərə sadiq qalacağına şübhə etməyə bilərsiniz”.

Amma Hitler inanmadı və ya inanmaq istəmədi. Polşaya hücumun növbəti tarixi sentyabrın 1-nə təyin olundu.[23]

İkinci cəhd

Xatirə lövhəsi

Avqustun 31-də Nauyoksun Qleyvitsdə qaldığı otel nömrəsinin telefonuna zəng gəldi.[17] Dəstəyi qaldıran SS-çi “Nənə öldü” xəbərini eşitdi. Əməliyyata başlamaq olardı.

Qleyvits radiostansiyası əslində ötürücü idi, yaxınlıqda yerləşən Breslau (pol. Vrotslav) radiosunun verilişlərini retranslyasiya edirdi. Amma burada qasırğa təhlükəsi öncəsi əhalini xəbərdar etmək üçün texniki imkanlar vardı. Həmin gün radiostansiyanı mühafizə edən iki polis əməliyyat barədə məlumatlandırılmışdılar, işçilər isə xəbərsiz idilər. Nauyoksun rəhbərlik etdiyi dəstə saat təxminən 20.00-da radiostansiyaya daxil oldu. Onlar buradakı üç işçini otaqların birinə qapatdılar. Amma tezliklə məlum oldu ki, texniki işləri özləri yerinə yetirmək iqtidarında deyillər. İşçilərdən biri studiyaya gətirildi və mikrofonu quraşdırdı. Bundan sonra polyak dilini bilən dəstə üzvü əvvəlcədən hazırladığı mətni mikrofona oxumağa başladı. “Diqqət, danışır Qleyvits. Radiostansiya polyakların əlindədir” sözləri ilə başlayan çıxış 4 dəqiqəyə yaxın çəkdi. Bundan sonra silahı mikrofona yaxın tutaraq atəş açıldı, çıxanda isə stansiyanın şüşələri gülləbaran edildi. Sübut üçün həyətdə bir meyid də buraxıldı, bu, Françişek Honiok idi.[24]

Yaxınlqıdakı Pohlom kəndində yaşayan Honiok polyak əsilli idi və Polşaya rəğbətini gizlətmirdi. Məhz bu amil onun üçün faciəvi nəticələndi. Belə birisinin radiostansiyaya hücumda iştirakının inandırıcı olacağını düşünən nasistlər onu bir gün əvvəl oğurlamışdılar. Təxtibatdan öncə isə narkotik inyeksiyası vasitəsilə huşsuz vəziyyətə gətirilən Honiok radiostansiyasının həyətində güllələndi.[24]

Amma Honiok tək deyildi, başqa cəsədlər də vardı. Onlar müxtəlif əməllərə görə ölüm cəzasına məhkum edilən və çox güman ki, Dahau düşərgəsində saxlanılan məhkumlar idilər. Bu adamlar da Honiok kimi əvvəlcədən huşsuz vəziyyətə gətirilmiş, sonra güllələnmişdilər. Beləliklə, radiostansiyanın ətrafında guya döyüş getdiyi görüntüsü yaradıldı. Almanlar həmin cəsədlərə öz jarqonlarında “konserv” deyirdilər. Buna görə də bəzi ədəbiyyatlarda əməliyyat “Konserv" əməliyyatı adlandırılır.[18][25].

Radiostansiyaya hücum həmin gün həyata keçirilən genişmiqyaslı “Himmler” əməliyyatının bir epizodu idi.[26] Həmin gün bir xeyli daha kiçik təxribatlar hazırlanmışdı (polyak hərbi forması da Qleyvitsdə deyil, başqa təxribatlarda istifadə olundu). Bütün bunlar, dediyimiz kimi, müharibənin başlanması günahını Polşanın üzərinə qoymağa hesablanmışdı.

Elə həmin gün saat 22.30-da Almaniya radiosu Qleyvits və başqa sərhəd “münaqişələri” haqqında məlumat yaydı. Səhər saat 04.30-dan etibarən alman aviasiyası Polşa ərazisini bombaladı. 04.45-də isə quru qoşunları sərhədi keçərək hərbi əməliyyatlara başladılar.[27]

Beynəlxalq reaksiyalar

Amerikalı müxbirlər ertəsi gün hadisə yerinə çağırıldı, lakin heç bir neytral tərəfin hadisəni müstəqil şəkildə ətraflı araşdırmasına icazə verilmədi və beynəlxalq ictimaiyyət hadisənin Alman versiyasına şübhə ilə yanaşdı.[18][28]

Nəticəsi

Təxribatın almanlar tərəfindən törədilməsinin sübutu müharibə bitəndən sonra əldə edidi. Alfred Nauyoks 1944-cü ilin payızında amerikalılara əsir düşdü. O, Londona aparıldı və İngiltərənin Mİ-5 əks-kəşfiyyat idarəsi tərəfindən dindirildi. Onun ifadələrində ən çox maraq doğuran Qleyvits barədə etirafları oldu.[24] Dünya ictimaiyyəti isə bu barədə Nauyoksun Nürnberq məhkəməsi zamanı verdiyi ifadəsindən sonra xəbər tutdu.[29]

İkinci dünya müharibəsindən sonra Qleyvits Polşaya verildi və indi rəsmən Qlivits adlanır. Hərbi əməliyyatların başlanması üçün bəhanə kimi istifadə olunan radiostansiya qülləsi indi də mövcuddur və tursitlərin ən çox baş çəkdikləri yerlərdən biridir.[30]

Populyar mədəniyyətdə

Bir neçə bədii filmdə hadisənin uyğunlaşdırılmış variantı lentə alınıb. Şərqi Almaniyanın DEFA studiyasında rejissor Gerhard Klein tərəfindən təxribatı canlandıran "Der Fall Gleiwitz" (Qleyvits hadisəsi) (1961) bədii filmi çəkilmişdir.[31]

Polşa istehsalı olan "Himmler əməlliyyatı" (1979) filmində Qleyvits hadisələri əksini tapıb.[32]

Rejissor Folker Şlöndorffun rejissoru olduğu "Qalay nağara" (1979) bədii və Cim Goddardın rejissorluğu ilə çəkilən "Hitlerin SS: Şərdəki Portret" (1985) televiziya filmləri qısa da olsa hadisə barədə məlumat verir.[33][34]

Qleyvits təxribatından video oyununda da bəhs edilir. "Kod adı: Panzers" (2004), oyunu Polşa tarixində anti-Polşa saxtakarlığı əks olunduğundan ölkədə mübahisələrə səbəb olmuşdu.[35]

İstinadlar

  1. Gleiwitz casus belli. 2018. Nazi government under Hitler's leadership staged the Gleiwitz incident as a casus belli for the invasion of Poland the following morning
  2. Хёне, Хайнц. Глава 10. СС и внешняя политика // Черный орден СС. История охранных отрядов. М: Олма-Пресс. 2003. səh. 542. ISBN 5-224-03843-X.
  3. Мельтюхов, 2001
  4. Address by Adolf Hitler — September 1, 1939 Arxivləşdirilib noyabr 8, 2017, at the Wayback Machine; retrieved from the archives of the Avalon Project at the Yale Law School.
  5. Loew, Peter Oliver. Danzig – Biographie einer Stadt (German). C.H. Beck. February 2011. səh. 189. ISBN 978-3-406-60587-1.
  6. Samerski, Stefan. Das Bistum Danzig in Lebensbildern (German). LIT Verlag. 2003. səh. 8. ISBN 978-3-8258-6284-8.
  7.  (pol.)Marian Eckert. Historia Polski, 1914—1939 (Варшава). Wydawnictwa Szkolne i Pedagogiczne. 1990. 86. ISBN 8302040444.
  8. Hiden, John; Lane, Thomas; Prazmowska, Anita J. The Baltic and the Outbreak of the Second World War. Cambridge University Press. 1992. səh. 74 ff, 80. ISBN 978-0-521-40467-9.
  9. Max Domarus; Adolf Hitler. Hitler: speeches and proclamations, 1932–1945: the chronicle of a dictatorship. 1990. səh. 1393.
  10. Santi Corvaja, Robert L. Miller. Hitler & Mussolini: The Secret Meetings. New York, New York, USA: Enigma Books, 2008. ISBN 9781929631421. p. 73.
  11. Chlup, Danuta. "Zaolziańskie dzieci na zdjęciu z Oświęcimia". Głos Ludu. 2 September 2010. 4–5.
  12. Gabal 1999, 120.
  13. Wasserstein, Bernard. Barbarism and Civilization. Oxford University Press. 2007. səh. 279. ISBN 978-0-19-873074-3.
  14. Хенрик Самсонович, Януш Тазбир, Тадеуш Лепковский, Томаш Налеч. Польша. Будущее страны и народа до 1939 года. — Варшава: Искры, 2003. — С. 551—552. — ISBN 83-207-1704-3
  15. Хенрик Самсонович, Януш Тазбир, Tадеуш Лепковский, Tомаш Налеч. Польша. Будущее страны и народа до 1939 года. — Варшава: Искры, 2003. — С. 551—552. — ISBN 83-207-1704-3
  16. Bradley Lightbody, The Second World War: Ambitions to Nemesis, Routledge, 2004; ISBN 0-415-22405-5, Google Print, p.39 Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine
  17. "20 Nuremberg Trial Proceedings Volume 4". Avalon Project. 20 December 1945. 19 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2009.
  18. James J. Wirtz, Roy Godson, Strategic Denial and Deception: The Twenty-First Century Challenge, Transaction Publishers, 2002, ISBN 0-7658-0898-6, Google Print, p.100 Arxivləşdirilib 2017-03-07 at the Wayback Machine
  19. Christopher J. Ailsby, The Third Reich Day by Day, Zenith Imprint, 2001, ISBN 0-7603-1167-6, Google Print, p. 112 Arxivləşdirilib 2014-10-05 at the Wayback Machine
  20. Thomas Laqueur, 'Devoted to Terror,' Arxivləşdirilib 2019-03-30 at the Wayback Machine in London Review of Books, Vol. 37 No. 18–24 September 2015, pp. 9–16.
  21. "20 Nuremberg Trial Proceedings Volume 2; Friday, 30 November 1945". Avalon Project. 18 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2012.
  22. The World War II's first victim. A farmer was murdered as part of a Nazi plot to provide an excuse to invade Poland, the story of a man forgotten by history. Arxivləşdirilib 2019-07-08 at the Wayback Machine By Bob Graham, 29 Aug 2009. The Telegraph.
  23. Мельтюхов М. И. Советско-польские войны. Военно-политическое противостояние 1918—1939 гг. — М.: Вече, 2001. — 224 с. — ISBN 5-699-07637-9.
  24. "Überfall auf den Sender Gleiwitz". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
  25. John S. Craig, Peculiar Liaisons in War, Espionage, and Terrorism of the Twentieth Century, Algora Publishing, 2005, ISBN 0-87586-331-0, Google Print, p.180 Arxivləşdirilib 2017-03-07 at the Wayback Machine
  26. Roger Manvell, Heinrich Fraenkel, Heinrich Himmler: The SS, Gestapo, His Life and Career, Skyhorse Publishing Inc., 2007, ISBN 1-60239-178-5, Google Print, p.76
  27. Robert Forczyk (31 October 2019). Case White: The Invasion of Poland 1939. Bloomsbury Publishing. ISBN 978-1-4728-3494-2.
  28. Steven J. Zaloga, Poland 1939: The Birth of Blitzkrieg, Google Print, p. 39 Arxivləşdirilib 2016-05-21 at the Wayback Machine, Osprey Publishing, 2002; ISBN 1-84176-408-6
  29. "Nuremberg Trial Proceedings Volume 2". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
  30. "Gliwice Transmisison Tower". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
  31. Der Fall Gleiwitz (1961) Arxivləşdirilib 2022-09-17 at the Wayback Machine, IMDb.com; accessed 4 June 2015.
  32. Operacja Himmler (TV 1979) Arxivləşdirilib 2022-01-14 at the Wayback Machine, IMDb.com; accessed 4 June 2015.
  33. Die Blechtrommel (1979) Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine, IMDb.com; accessed 4 June 2015.
  34. Hitler's S.S.: Portrait in Evil (TV 1985) Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine, IMDb.com; accessed 4 June 2015.
  35. "Skrytykowali grę, choć jej nie widzieli". Wiadomosci.gazeta.pl. 23 August 2004. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2012.

Ədəbiyyat

  • John Toland, Adolf Hitler : The Definitive Biography, ISBN 0-385-42053-6.
  • Dennis Whitehead, "The Gleiwitz Incident", After the Battle Magazine Number 142 (March 2009)
  • Stanley S. Seidner, Marshal Edward Śmigły-Rydz Rydz and the Defense of Poland, New York, 1978.
  • Spieß / Lichtenstein Unternehmen Tannenberg. Der Anlass zum Zweiten Weltkrieg, Wiesbaden und München 1979.
  • Polak-Springer, Peter. "'Jammin' with Karlik': The German-Polish 'Radio War' and the Gleiwitz 'Provocation', 1925–1939". European History Quarterly. SagePub. 43 (2). April 2013: 279–300. doi:10.1177/0265691413478095. Lay summary.
  • Глава 10. СС и внешняя политика // Хёне Х. Чёрный орден СС. История охранных отрядов. — М.: Олма-пресс, 2003. — 542 с. — 6000 экз. — ISBN 5-224-03843-X.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.