Qlenn Mörkatt
Qlenn Mörkatt (25 iyul 1936, London) — Avstraliyanın ən məşhur memarlarından biridir.
Qlenn Mörkatt | |
---|---|
Glenn Marcus Murcutt | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | London, Birləşmiş Krallıq |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Təhsili | |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Sidney |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Qlenn Mörkatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlenn sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlenn Mörkatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956–1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu.
Qlenn Mörkatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir.
İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlenn Mörkatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır.
2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Mörkatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir. Həmçinin Yeni Cənubi Uels Universitetində dərslər verməkdədir.
Tanınmış işləri
- 1972–1974 : Lur Şort Malikanəsi, Sidney, Avstraliya
- 1974–1975 : Marie Short Malikanəsi, Kempsey, Avstraliya
- 1976–1983 : Beroura Uaters İnn, Berovra Uaters, Avstraliya
- 1977–1980 : Nikolas Malikanəsi, Mount Irvine, Avstraliya
- 1977–1980 : Karruters Malikanəsi, Mount Irvine,Avstraliya
- 1981–1983 : Boll İstavay Malikanəsi, Sidney, Avstraliya
- 1976–1988 : Milli Tarix Muzeyi və Turizm Ofisi, Kempsey, Avstraliya
- 1981–1982 : Frederiks Malikanəsi, Jamberoo, Avstraliya
- 1982–1984 : Maqney Malikanəsi, Binqi Binqi, Avstraliya
- 1988–1991 : Dan Malikanəsi, Sidney, Avstraliya
- 1988–1992 : Meyaqer Malikanəsi, Bovral, Avstraliya
- 1989–1994 : Simpson-Lii Malikanəsi, Mount Vilson, Avstraliya
- 1991–1994 : Marika-Alderton Malikanəsi, Şərqi Arnhern Torpağı, Avstraliya
- 1992 : Marktt Qonaq Salonu, Kempsey, Avstraliya
- 1992–1994 : Bovali Ziyarətçi Mərkəzi, Kakadu Milli Parkı, Avstraliya (Troppo Mimarlık ile birlikte)
- 1994–1996 : Şnaxl Malikanəsi , Sidney, Avstraliya
- 1996–1998 : Fletçer-Peyc Malikanəsi, Kenquru Vadisi, Avstraliya
- 1995–1996 : Duqlas və Rat Markatt Malikanəsi, Vudsayd, Avstraliya
- 1996–1999 : Artur və Yvonne Boyd İncəsənət Mərkəzi, Riversdeyl, Avstraliya (Reg Lark ve Wendy Lewin ile birlikte)
- 1997–2001 : Kanqaloon Malikanəsi, , Avstraliya
- 2000–2003 : Levin Malikanəsi və Studiyası, Mosman, Avstraliya
- 2001–2005 : Valş Malikanəsi, Kenquru vadisi, Vadisi, Avstraliya
- 2006–2007 : Moss Veyl Təhsil Mərkəzi (Vollonqonq Üniversitesi), Moss Veyl, Avstraliya (Vendi Levin ilə)
Mükafatları
- 1992: Avstraliya Kral Memarlarının Qızıl Medalı
- 1992: Alvar Aalto Medalı
- 1996: Avstraliya Rəsmiyyət Ordeni
- 1998: Riçard Neutra Mükafatı
- 1999: Yaşıl Düymə Mükafatı (Danimarka Kral Memarları Akademiyası)
- 2001: Tomas Ceferson Memarlıq Medalı
- 2002: Pritsker mükafatı
- 2003: Asiya-Sakit okean Mədəniyyət və İncəsənət mükafatı
- 2009: AMİ Qızıl Medalı
Qaleriya
- Bovala Ziyarətçi Mərkəzi
- Alderton-Markatt malikanəsi
- Frederiks Malikanəsi