Qlaukofan
Qlaukofan — mineral, qələvi amfibol, Na2Mg3Al2[(OH,F)|Si4O11]2. Bəzən Mg Fe2+-lə və Al Fe3+-lə əvəz olunur. Qlaukofan -krossit-maqnezioribekit tam izomorf sırası mövcuddur. Qlaukofan aktinolitə və hornblendə keçid növləri müəyyən edilmişdir. Elementar özəyin ölçüləri ilə fərqlənən iki polimorf modifikasiyası məlumdur. Aqreqat: şüavi, lifli, sferolitik. Bozumtul-göy, qara; cizgisi mavi-boz. Qlaukofan başlıca olaraq, şistlər fatsiyasının metamorfizmə uğraması nəticəsində əmələ gəlir. Albitli metasomatitlərdə, dəmirli kvarsitlərdə rast gəlinir. Jadeitin hesabına əmələ gəlir. Növ müxtəlifliyi: qastaldit, psevdoqlaukofan.
Qlaukofan | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb.
|
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.