Qlasqo-Koma şkalası

Qlazqo-Koma şkalası (ing. Glasgow Coma Scale (GCS)) — insanın huşunu müəyyən etmək və neyroloji çatışmazlığı qiymətləndirmək üçün təsis edilmiş şkaladır. Bu şkala xüsusən kəllə beyin tavmalı xəstələrdə, koma və ya şok altında olan xəstələrin huşunu qiymətləndirmək üçün tətbiq edilir. Bu şkala ilk olaraq 1974-cü ildə Qlazqo Universitetinin iki neyrocərrahı Qrem Tisdeyl və Brayan Ç. Cennett tərəfindən təsis edilmiş və təcili tibbi yardım xidmətində tətbiq edilmişdir[1].

Qlazqo-Koma şkalası ilə qiymətləndirmə

Göz qapaqlarının açılması Xallar Şifahi cavablandırma Xallar Hərəki cavablar Xallar
spontan4tam yönümlü5ancaq müraciət olunduqda6
müraciət olunduqda3qeyri tam yönümlü4ağrıya qarşı məqsədli5
ancaq ağrıya qarşı2qeyri adekvat3ağrıya qarşı məqsədsiz4
mənfi1anlaşılmaz2bükücü mexanizm3
1açıcı mexanizm2
mənfi1

Qiymətləndirilməsi:

< 4 xal = 85% dəyişkən vegetativ status

< 8 xal = ağır beyin funksional pozğunluq

> 11 xal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq

İstinadlar

  1. G. Teasdale, B. Jennett: Assessment of coma and impaired consciousness. A practical scale. In: Lancet, Band 2, 1974, S. 81–84. PMID 4136544.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.