Qivami Mütərrizi

Qivami Mütərrizi — XII əsr Azərbaycan şairi.[1]

Qivami Mütərrizi
Qivami Mütərrizi Gəncəvi
Təxəllüsü Gəncəvi
Doğum tarixi XII əsr
Doğum yeri Gəncə
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair

Həyatı

Nizami Gəncəvinin yaxın qohumu olmuş Qivami Mütərrizi XII əsrdə Gəncədə anadan olmuşdur. O, ədəbiyyat tarixinə Əbül-üla Gəncəvi məktəbinin istedadlı davamçısı kimi düşmüşdür. Ehtimala görə Qivaminin 7000 beytlik divanı olmuşdur. Bəzi mənbələr onun Nizami Gəncəvinin qardaşı olduğunu yazır.

Yaradıcılığı

Qivami Mütərrəzinin divanı Britaniya muzeyində saxlanılır. Qivami Gəncəvinin təxəllüsü "Mütərrizi" olmuşdur. Onun "Bədiiliyin sehirkarlıqları" adlı məşhur qəsidəsi şərhləri ilə birlikdə Özbəkistanda Ə.Biruni adına İnstitutun əlyazmalar şöbəsində saxlanılır.

Əsərləri

Şair saray həyatına tamamiylə biganə olsa da, Eldəgizlərə, Cahan Pəhləvana, Qızıl Arslana qəsidələr yazmış, onların qüdrətini alqışlamişdır. Qızıl Arslanın ölümündən sonra ona şeir həsr etmişdir. Şairin çox saylı əsərləri içərisində ən dəyərlilərindən biri də “Raiyyə” qəsidəsidir. Qızıl Arslana həsr olunmuş bu şeirdə Qivami m Şərq poeziyasının bütün incəliklərindən istifadə edərək hökümdarın igidliyindən, qəhrəmanlığından, vətənin, xalqın qeydinə qalmasından söz açmışdır.

1960-cı nəşr olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" kitabında, 1965-ci ildə Moskıvada çap olunmuş "Kratkie soopşeniya instituta narodov Azii AN SSSR" məcmuəsinin dərc etdirdiyi məqaləde Qivami Mütərrizi Gəncevinin həyat və yaradıcılığından məlumatlar, əsəhrlərindən nümunələr vermişdir.

Həmçinin bax

İstinadlar

  1. Dahi şairin müasiri Qivami Gəncəvi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.