Qismət Rüstəmov

Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü.

Qismət Rüstəmov
Qismət Elçin oğlu Rüstəmov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Odlar Yurdu Universiteti
Azərbaycan Dillər Universiteti
İxtisası Filologiya
Fəaliyyəti şair
esseist
Fəaliyyət illəri 2009–h.h
Əsərlərinin dili azərbaycanca
İstiqamət poeziya
esse
İlk əsəri "Vitrin"
Tanınmış əsərləri "Vitrin" (2010)
"Meqapolis hüznləri" (2011)
"Qumru əlifbası" (2020)
Mükafatları "Vaja Pşavela" mükafatı (2011)[1]
Prezident təqaüdçüsü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub.

1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb.

Təhsili

2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib.

2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır.

Fəaliyyəti

Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər UniversitetiBakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır.

Kitabları

2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.[2]

2011-ci ildə isə "Qanun" nəşrlər evinin "Ən yeni ədəbiyyat" seriyasından "Meqapolis hüznləri" adlı şeir kitabları çapdan çıxıb.[3]

2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından "Gələcəyin tarixi" adlı esselər kitabı çap olunub.[4]

2020-ci ildə Türkiyədə "Geleceğin tarihi" adlı seçmə esselər kitabı çapdan çıxıb.

2020-ci ildə seçmə şeirlərdən ibarət "Qumru əlifbası" adlı kitabı nəşr edilib.[5]

Tərcümələri

2014-cü ildə Rəbiqə Nazimqızı ilə birlikdə Rixard Vaqnerin "Mənim həyatım" memuar kitabını tərcümə edib.[6]

2016-cı ildə Nicat Məmmədovla birgə ispan yazıçısı Enrike Vila Matasın "Bartlbi və çevrəsi" romanını Azərbaycan dilinə uyğunlaşdırıb.

2017-ci ildə Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabını tərcümə edib.[7]

2017-ci ildə "Alatoran yayınları"ndan dünya ədəbiyyatından seçmə esselərin toplandığı "Ədəbiyyatsız dünya" antologiyasını Azərbaycan dilinə çevirilib.[8]

2018-ci ildə isə Səlim Babullaoğlu ilə bərabər Moldova şairi Arkadi Suçevyanunun "Qağayı ilə göndərilən məktub" şeirlər kitabını tərcümə edib.[9]

2018-ci ildə TEAS PRESS nəşriyyatında onun tərtibçisi olduğu və önsözünü yazdığı "Edqar Podan Etqar Keretə: 32 müəllif 32 hekayə" adlı hekayə antologiyası nəşr edilib.[10]

2020-ci ildə "Qanun" nəşriyyatında tərtibçisi olduğu "The Paris review müsahibələri" kitabı nəşr edilib.[11]

2021-ci ildə Nobel mükafatı laureatı, amerikalı şair Luiza Qlükün "Odisseyin qərarı" adlı seçmə şeirlər kitabını Səlim BabullaoğluFərid Hüseyn ilə birlikdə Azərbaycan dilinə çevirib.[12]

2022-ci ildə onun tərcüməsində Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosanın esselərdən ibarət olan "İmkansızın cazibəsi" adlı kitabı işıq üzü görüb.[13]

Mükafatları

2011-ci ildə Gürcüstan Yazıçılar Birliyinin təsis etdiyi Vaja Pşavela adına beynəlxalq poeziya mükafatı"na layiq görülüb.[14]

Konfranslar

2011-ci ildə Moskvada "Peredelkino" yaradıcılıq evində keçirilən "Birinci Beynəlxalq Gənc Yazarlar Konfransı"nda iştirak edib.[15]

2012-ci ildə isə Türkiyənin Elazığ şəhərində "Xəzər şeir axşamları" Beynəlxalq Poeziya Festivalında iştirak edib.

2018-ci ildə Moldovada "Avropa şairlər baharı" festivalında iştirak edib.[16]

İstinadlar

  1. "Azərbaycan şairləri Gürcüstanda Vaja Pşavela mükafatına layiq görülüblər" (az.). www.old.525.az. 2011-12-07. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. "Gənc ədiblərin əsərlərindən ibarət kitabların təqdimatı olub" (az.). www.old.525.az. 2010-09-23. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  3. ""Ən yeni ədəbiyyat seriyası"ndan növbəti kitab – FOTO" (az.). www.yarpaq.az. 2011-09-28. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  4. "Qismətin yeni kitabı çap olundu – "Gələcəyin tarixi"" (az.). www.kulis.az. 2016-06-03. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  5. "Qismətdən yeni şeirlər kitabı" (az.). www.kulis.az. 2020-10-13. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  6. "Heydər Əliyev Mərkəzində alman bəstəkarı Rixard Vaqnerin "Mənim həyatım" kitabının təqdimatı keçirilib – FOTO" (az.). www.news.milli.az. 2014-04-04. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  7. "Nabokovun "Rus ədəbiyyatından müharizələr"i Azərbaycan dilində" (az.). www.525.az. 2017-06-17. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  8. ""Ədəbiyyatsız dünya" çap olundu" (az.). www.kulis.az. 2017-10-13. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  9. "Bakıda Moldova ədəbiyyatı ilə bağlı tədbirlər" (az.). www.525.az. 2018-03-02. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  10. ""Edqar Podan Etqar Keretə qədər – 32 müəllif, 32 hekayə"" (az.). www.manera.az. 2018-03-02. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  11. ""The Paris Review müsahibələri" kitabı çap olundu"" (az.). www.kulis.az. 2020-01-31. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  12. ""Nobelli şairin Azərbaycanca kitabı çıxıb"" (az.). www.kulis.az. 2021-04-16. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  13. "Lyosanın yeni kitabı Azərbaycan dilində" (az.). www.kulis.az. 2022-08-08. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25. (#redundant_parameters)
  14. "Azərbaycan şairləri Gürcüstanda Vaja Pşavela mükafatına layiq görülüblər" (az.). www.old.525.az. 2011-12-07. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  15. "Azərbaycanlı yazarlar beynəlxalq konfransda" (az.). www.yarpaq.az. 2011-10-19. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26. (#redundant_parameters)
  16. "Qismət beynəlxalq poeziya festivalına dəvət alıb" (az.). www.kulis.az. 2018-04-25. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26. (#redundant_parameters)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.