Azərbaycan–Ermənistan sərhəd toqquşması (avqust, 2022)

Qisas əməliyyatı və ya Antiterror əməliyyatları — 3 avqust 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan hərbi əməliyyat.[1]

Antiterror əməliyyatları
3 Avqust 2022 tarixli əməliyyat xəritəsi
3 Avqust 2022 tarixli əməliyyat xəritəsi
Tarix 3 avqust 2022
Yeri
Səbəbi Rusiya SM qüvvələri məsuliyyət zonasından qanunsuz erməni silahlı birləşmələrinin çıxmaması və təxribatı
Nəticəsi

Azərbaycanın qələbəsi

• Qırxqız yüksəkliyi, Buzluq dağı və ətrafındakı yüksəkliklər, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
Münaqişə tərəfləri

Azərbaycan AzərbaycanAzərbaycan Silahlı Qüvvələri

Ermənistan ErmənistanQondarma DQR Müdafiə Ordusu

Komandan(lar)

Azərbaycan İlham Əliyev (Azərbaycan Prezidenti)

Ermənistan Nikol Paşinyan (Ermənistanın baş naziri)

İtkilər

Azərbaycan mənbələrinə əsasən:

  • 1 hərbi qulluqçu ölüb

Ermənistan mənbələrinə əsasən:

  • bilinmir

Ermənistan mənbələrinə əsasən:

  • bilinmir

Azərbaycan mənbələrinə əsasən:

  • 2 hərbi qulluqçu ölüb
  • 14 hərbi qulluqçu yaralanıb
  • 5 hərbi qulluqçu əsir götürülüb

    Arxa plan

    2020-ci ilin ikinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib.

    Əməliyyatlar

    1 avqust

    Avqustun 1-də Artsax Müdafiə Ordusunun məlumatına görə, Azərbaycan qüvvələri Dağlıq Qarabağın şimalında və şimal-qərbində Artsax mövqelərinə hücuma keçib. Ermənistan departamentinin məlumatına görə, səhər saat 9-da Azərbaycan bölmələri Dağlıq Qarabağla təmas xətti boyunca hücuma cəhd edib. Bununla əlaqədar olaraq, Arayik Arutyunyan Müdafiə Ordusunun komandanı Kamo Vardanyan və hüquq-mühafizə orqanlarının digər nümayəndələri ilə təcili iclas keçirib. Dağlıq Qarabağın Müdafiə Ordusundan bildirilib ki, gün ərzində Ermənistan qoşunları Azərbaycanın təmas xəttini keçmək üçün bütün cəhdlərinin qarşısını alıb.[2] Daha sonra Qarabağın deputatı Artur Arutyunyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, hərbi əməliyyatlar dayandırılıb. O, həmçinin bildirib ki, Azərbaycan ordusu Qarabağ ermənilərinin heç bir mövqeyini tutmayıb. Toqquşmalar nəticəsində Dağlıq Qarabağ Respublikasının hərbçisi Albert Vladikoviç Baxşiyan yaralanıb.

    Azərbaycan Müdafiə Nazirliyi Qarabağda və ya onun ətrafında atəşkəs rejiminin pozulduğunu təkzib edib. Eyni zamanda, cavabdehlik zonasında toqquşmaların baş verdiyi Rusiya sülhməramlı kontingenti məlumat bülleteni dərc edib və orada qeyd olunub ki, sutka ərzində atəşkəs rejiminin üç dəfə pozulması faktı qeydə alınıb, Dağlıq Qarabağ silahlı birləşmələrinin nümayəndəsi yaralanıb.

    2 avqust

    Avqustun 2-də tanınmamış “DQR”in hakimiyyət orqanları məlumat verdilər ki, Azərbaycan tərəfi onlara Ermənistanla mövcud marşrutdan yan keçməklə fərqli marşrut üzrə rabitə təşkil etmək tələbini çatdırıb. Azərbaycan, atəşkəs bəyanatının 6-cı bəndinə əsasən, artıq öz tərəfində alternativ yol çəkdi, erməni tərəfi isə tikintiyə başlamalıdır.[3]

    Bununla belə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Azərbaycanın indiki Laçın dəhlizindən yan keçməklə DQR-dən Ermənistana fərqli marşrutla nəqliyyatın təşkili tələbi qanunsuzdur. O qeyd edir ki, atəşkəs bəyannaməsinin 6-cı bəndinə əsasən, yeni nəqliyyat marşrutunun tikintisi planı imzalayan tərəflər tərəfindən razılaşdırılmalıdır. Bu günə qədər razılaşdırılmış plan yoxdur. Onun sözlərinə görə, Ermənistan heç bir plana razılıq verməyib və ona görə də Azərbaycanın tələbi qanunsuzdur.[4]

    Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub, söhbət zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının müəyyən praktiki aspektləri müzakirə olunub.[5] Öz növbəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla danışıb.[6]

    Həmin gün Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Qarabağa aktiv şəkildə köçürülməsi barədə məlumat yayıb. Öz növbəsində, Rusiya sülhməramlı kontingenti kontingentin məsuliyyət zonasında vəziyyətin gərginləşməsinin qeyd edildiyi gündəlik məlumat bülleteni dərc edib. Belə ki, Rusiya sülhməramlılarının məlumatına görə, həmin gün atəşkəs rejimi Azərbaycan silahlı qüvvələri tərəfindən pozulub. Bu pozuntu Sarıbaba yüksəkliyi ərazisində baş verib.

    3 avqust

    Dağlıq Qarabağın və ona bitişik ərazilərin hərbi əməliyyatın aparıldığı hissəsinin xəritəsi (açıq sarı rənglə Rusiya sülhməramlı kontingentinin cavabdehlik zonası və erməni separatçıları tərəfindən nəzarət edilən ərazi, sarı rənglə Laçın dəhlizi, qalın xəttlə Azərbaycan–Ermənistan sərhədi göstərilib.

     — şəhərlər;
     — kəndlər;

     — hündürlüklər.

    Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutmağa başladı.[7] Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid oldu.[8][9]

    Təxminən saat 15 radələrində erməni mətbuatı, Azərbaycan Ordusunun, qanunsuz erməni silahlı birləşmələrini minaatanlardan və pilotsuz uçuş aparatlarından atəşə tutduğunu və 7 erməni hərbçisinin yaralandığını açıqladı. Açıqlamadan təxminən bir saat sonra erməni mətbuatı, 1 hərbçisinin öldüyünü, daha 8 hərbçinin isə yaralandığını təsdiqlədi.

    Saat 17 radələrində Azərbaycan mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin erməni birləşmələrinə qarşı antiterror əməliyyatı keçirməyə başlanması haqqda xəbərlər dərc edilməyə başladı və erməni mövqeyinə PUA zərbəsi endirdiyi videosu yayımlandı.[10]

    Saat 18 radələrində Qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti Arayik Harutyunyan 2022-ci il avqustun 3-dən qismən hərbi səfərbərlik elan edən fərman imzaladı. Erməni mətbuatı bu mənbəni prezident ofisindən aldığını bildirdi. Bu hadisədən sonra Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus “Ural" markalı hərbi yük avtomobili məhv edildi. Hərbi yük avtomobilinin erməni silahlı dəstələrinin nəzarətində olan Sarıbaba yüksəkliyi yaxınlığında məhv edildiyi bildirildi.

    4 avqust

    Azərbaycan Müdafiə Nazirliyi nisbi sülh barədə məlumat verib. Rusiya sülhməramlılarının xəbər bülletenində qeyd olunub ki, Rusiya sülhməramlılarının komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə əməkdaşlıq edərək insidentləri aradan qaldırıb. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, son günlər baş verən hadisələr “erməni cəmiyyətində Dağlıq Qarabağdakı sülhməramlı missiyanın məzmunu və mahiyyəti ilə bağlı suallar doğurur” və bununla bağlı Paşinyanın dediyi kimi, “Dağlıq Qarabağda sülhməramlı əməliyyatın təfərrüatlarını razılaşdırmaq üçün təcili zərurət yaranıb”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov cavabında bildirib ki, Rusiya Ermənistandan Qarabağdakı sülhməramlı missiya ilə bağlı konkret təklifləri hələ də almayıb. Öz növbəsində, Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib ki, onlar bir il əvvəl Rusiya tərəfinə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflərini veriblər.[11]

    5 avqust

    Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Qarabağda vəziyyəti gərginləşdirmək cəhdlərini açıqlayıb. Onların sözlərinə görə, son sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan ordusunun mövqelərini ümumilikdə 12 dəfə atəşə tutub.[12] "Artsax Müdafiə Nazirliyi" bu bəyanatları daha ​​bir dezinformasiya hesab edir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb.

    6 avqust

    Buzluq dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.[13][14] Avqustun 6-da axşam saatlarında Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin atəşkəs rejimini pozması barədə məlumat yayıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində Ermənistan ordusunun əsgəri Nver Gevorqyan yaralanıb. Rusiya Müdafiə Nazirliyi Ermənistan hərbçisinin yaralanması ilə bağlı məlumatı təsdiqləyib. Məlumat bülletenində atəşkəs rejiminin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisinin yaralandığı qeyd edilir. Nazirlikdən verilən məlumata görə, qayda pozuntusu Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qeqarkunik rayonunun Zod kəndi yaxınlığında qeydə alınıb.[15]

    Nəticə

    Avqustun 3-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi olaraq "Qisas" antiterror əməliyyatı keçirdiyini bəyan etdi.[16] Əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərməsinin qarşısı alınıb. Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan bölmələri tərəfindən nəzarətə götürülüb.[17] Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı qüvvələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun, indiki Kəlbəcər rayonunun ərazisindəki Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.[18]

    Azərbaycan tərəfi

    Rütbəsi Tam adı Doğum tarixi Ölüm tarixi Dəfn tarixi Dəfn yeri
    Əsgər Kazımov Anar Rüstəm oğlu 2004[19] 3 avqust 2022 4 avqust 2022[20] Qaracəmirli, Şəmkir

    Reaksiyalar

    Beynəlxalq

    Avropa İttifaqı Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb. NATO baş katibinin xüsusi nümayəndəsi Ermənistanla Azərbaycan arasında gərginlik barədə xəbərləri "həyəcanlandırıcı" adlandırıb. ATƏT Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı məlumatlardan narahat olduğunu bildirib. ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda gərginliyi azaltmağa və vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırıb.

    İstinadlar

    1. "Azərbaycan Ordusu "Qisas" əməliyyatı keçirib - VİDEO". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
    2. "Qarabağda müharibə hazırlığı - Ermənistandan yeni təxribat". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
    3. "Avropa İttifaqı (Aİ) son günlər Ermənistan və Azərbaycan arasında artan gərginlik barədə məlumatlardan narahatdır". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
    4. "Ermənistan Azərbaycanı savaşa təhrik edir - Bütün variantlar nəzərdən keçirilir". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
    5. "Putin Paşinyanla üçtərəfli bəyanatların icrasını müzakirə etdi". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
    6. "Zakir Həsənov Şoyqu ilə danışdı". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
    7. "Müdafiə Nazirliyinin məlumatı". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
    8. "Hərbi qulluqçumuz Laçında şəhid oldu". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
    9. "Azərbaycan Ordusunun əsgəri şəhid olub". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
    10. "Azərbaycan Ordusundan antiterror əməliyyatı - Şəhidimizin qisası alındı (VİDEO)". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
    11. "Ermənistan deyir ki, sülhməramlılar üçün bir il əvvəl təkliflər verib". ИА Красная Весна. 2022-08-08. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
    12. "Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
    13. "Buzduxun Ordumuz üçün strateji əhəmiyyəti". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
    14. "MN: Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
    15. "Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülleteni (07 avqust 2022-ci il tarixi)". Rusiya Federasiyası Müdafiə Nazirliyi. İstifadə tarixi: 14 oktyabr 2022.
    16. "Azərbaycan Ordusu "Qisas" əməliyyatı keçirib". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
    17. "Azərbaycan Ordusu Qırxqız yüksəkliyi, Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
    18. "Erməni silahlılarının canlı qüvvəsi və çoxlu sayda döyüş sursatları məhv edilib - MN". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
    19. "Laçında şəhid olan Anar Kazımov 4 ayın əsgəri olub". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
    20. "Şəhidimiz Kazımov Anar Rüstəm oğlunun nəşi doğulduğu Şəmkir şəhərində". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.