Qdansk yarımadası

Qdansk yarımadası - Qərbi Sibir düzənliyinin şimalında, Taz estuarisiOb estuarisi ilə Yenisey körfəzi arasında qərarlaşır. Uzunluğu 400 km, eni 400 km təşkil edir. Səthi əsasən təpəli düzənliklərdən ibarətdir. Buradada hündürlüyü 200 metrə çatan Tanam qalxması vardır. Yarımada inzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsinin Tazov və Taymır rayonu ərazisinə daxildir. Ərazisinin bir qismi Qdansk qoruğu ərazisinə daxildir.

Qdansk yarımadası
Ümumi məlumatlar
Sahəsi ~ 160 min.
Yerləşməsi
70° şm. e. 79° ş. u.
Akvatoriya Kara dənizi
Ölkə  Rusiya
Qdansk yarımadası xəritədə
Qdansk yarımadası
Qdansk yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqlimi sərtdir. Yanvar ayının orta temperaturu −26 — −30 °C; iyul ayının temperaturu 4 - 11,5 °C təşkil edir. İllik yağıntının miqdarı 200–300 mm-dir. Burada tundra bitkiləri geniş sahəni tutur. Cənub hissəsində tundra meşələri yayılmışdır.

Maralçılıq və balıqçılıq terli əhalinin əsas məşğuliyyətidir. Ərazisində neft və qaz ehtiyatları vardır. Mamont yarımadasında Mamont sümükləri aşkarlanmışdır. Tapıntılar hazırda Sankt Peterburq zoologiya universitetidə saxlanılır[1].

Yarımadadan axan çaylar: Yoribey, Qıda, Antipayotayaxa, Nqetatoyaxa, Monqoçe, Monqoçeyaxa, Böyük Nenereyaxa, Kiçik Nenereyaxa, Nadoxoyaxa, Sol Nqarkasidyayaxa, Periptavose, Nyarxoyyaxa, Lakurya və s.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.