Qazyan (Ucar)
Qazyan — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1]
Qazyan | |
---|---|
40°26′33″ şm. e. 47°40′36″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 6162 (2009) nəfər |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Yerli əhalinin dediyinə görə Qazyan kəndi XX əsrin əvvəllərində Çar hökuməti tərəfindən xüsusi fərmanları Zaqafqaziya Şeyxülislamı Babayev Baba ağaya bağışlanmışdır.
Kəndin düzgün adı "Qazian"dır (yəni qazılar). Ərəb dilində qazi "kafirlərə qarşı vuruşan döyüşçü vədəstə, qoşun başçısı" mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. "Kitabi Dədə Qorqudda qazi – ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardır. Respublikamızın ərazisindəki Qazian (Qazyan) adlı toponimlər bu tayfaların adı ilə bağlıdır.[2][3]
Toponim əslində Qazian – qailər olmalıdır ki, bu da ərəbcə qalib, fateh mənasındadır. “Dədə – Qorqud” dastanında qazi – ərənlər formasında “igid, qəhrəman” mənasında işlənib. Səfəvi hakimlərinin zamanında qazi sözü təriqət döyüşçüsü, mürid kimi qəbul edilirdi ki, onlara böyük imtiyazlar verilmişdi. Qızılbaş tayfaları içərisində qaziyan tayfası da mövcud idi. A.R. ərazisində qeydə alınmış Qazyan toponimləri də bu tayfanın adı ilə əlaqədardır. Toponim qədim türk mənşəli bulqar tayfasından biri olan kazan türk tayfasının adındandır. Qazianlar Azərbaycana Səfəvilər dönəmində gəliblər.
Qazyan coğrafi adının mənası belədir: an – məkan, yurd, oba adını bildiririr. “Qazi” isə tayfa adıdır, yəni “Qazi” tayfalarının yaşadığı yer mənasını verir.
Qazyan kəndi Azərbaycanda ən qədim kəndlərdən biri hesab olunur. Rayonda ən böyük,Azərbaycanda 2 -ci kənd sayılır.
Kəndin toponimi
Qazyan coğrafi adının mənası belədir: Yan – Məkan, yurd, oba adını bildiririr. “Qaz” isə tayfa adıdır, yəni “Qaz” tayfalarının yaşadığı yer mənasını verir.Həmçinin oğuz sözünündə törəməsi ğuz ğaz oğuz mənasını da verir.Digər bir mənası Qafqaz dağları Qazyan adından götürülmüşdür Qazyan kəndi Azərbaycanda ən qədim kəndlərdən biri hesab olunur. Kənd ətrafında arxoloji qazıntılar zamanı 1 milyon il əvvələ aid məişət əşyaları tapılmışdır.Rayonda ən böyük kənd sayılır. Qazyan kəndi – rayon mərkəzindən 12 km cənubda Göyçayın – sağ sahilində Şirvan düzündə və aranda yerləşir. Qazyan kəndinin əhalisi 16018 nəfər olmaqla 19218 ev-ailə vardır. Sahəsi -26835 hektardır.
Tanınmış şəxsləri
- Elm xadimləri – elmlər doktorları, professor Əliyev Alı, professor Xəlilov Rövşən, professor Əliyev Zöhrab, biologiya üzrə fəlsəfə doktoru Xəlilov İlqar;
- Şair Fətəli Sahib;
- Təsərrüfat rəhbərləri –Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsində Donanmanin İstismar İdarəsinin rəisi və Azərbaycan Respublika Prezidentinin "Tərəqqi" medalına layiq görülmüş Əlmirzə Seyidov
- Ədliyyə Nazirliyinin idarə rəisi, III dərəcəli ədliyyə müşaviri Xanlar Zeynalov ;
- Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov ;
- "Azərbaycan" qəzetinin əməkdaşı, yazıçı-publisist Elşən Qəniyev;
- Qazyan kəndinin əməkdar müəllimi Yaqut Zeynalova.
- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı polkovnik Şirinov İbrahim Səfdər oğlu
- Azərbaycanın Milli Qəhrəmanı Ehtiram İsrail oğlu Əliyev
- Tərlan Qasımov — ictimai xadim, "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri, "Kaspi" jurnalının baş redaktoru
Mədəniyyəti
Kənddə 6 tam orta məktəb, kitabxana, xəstəxana, rabitə şöbəsi, avtomat telefon stansiyası,Qazyan Bazarı, çoxlu ticarət və iaşə obyekti vardır.
Coğrafiyası və iqlimi
Qazyan kəndi – rayon mərkəzindən 12 km cənubda Göyçay çayının – sağ və sol sahilində Şirvan düzündə və aranda yerləşir.Kəndin şimalında quru suptropik mərkəzi hissəsində rütubətli suptropik,cənubunda mülayim ,şərqində və qərbində keçici tropik iqlim hökm sürür.orta aylıq tempratur yanvarda -9 °C,iyulda +48 °C olur.
Əhalisi
Qazyan kəndinin əhalisi 16018 nəfər olmaqla 13218 ev-ailə vardır. Əhalisinin sayı 2009-cu ildə isə 6162 nəfərə çatmışdır. [4]
Qazyan kəndi qədim kənd olmaqla ziyalı kənddir. Elmlər doktoru, professor Əliyev Alı, Xəlilov Rövşən, Əliyev Zöhrab, şair Fətəli Sahib, tarix elmləri namizədi Babayev Səməd bu kəndin yetirmələridir.
Din
Kənddə "Savab" məscidi dini icması fəaliyyət göstərir[5].
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh.48.
- APA TV. "Azərbaycanda bu kəndin adını izah etmək üçün kitab yazılıb" (az.). Youtube.com. 12.08.2022. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- MÜSƏLMAN DİNİ İCMALAR - 2013-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)