Qazpaylayıcı mexanizm

Qazpaylayıcı mexanizm- daxili yanma mühərriklərinin silindrlərinə karbüratordan gələn qaz qarışığının vaxtında paylanması və iş prosesində yaranan qazların xaric edilməsinə xidmət edir. Bu, silindrlərin sorma və xaricetmə klapanalarının paylayıcı valın dirsəkləri ilə idarəsi sayəsində yerinə yetirilir. Paylayıcı val, dirsəkli valla dişli qayış və ya zəncir ötürməsinin köməyi ilə əlaqələndirilərək onunla sinxronlaşdırlmış hərəkət icra edir.

İki vallı mühərrikin silindrinin en kəsiyi.

Təsnifatı

Qazpaylayıcı mexanizm paylayıcı valın vəziyyətindən asılı olaraq iki növə bölünürlər:

Şəkildə üst hissədə yerləşmiş qazpaylayıcı mexanizm təsvir edilmişdir. Paylayıcı val iş tsiklinə uyğun dirsəkli valdan aldığı fırlanma hərəkəti zamanı dönərək dirsəkləri ilə klapanları ardıcıl olaraq itələyir. Klapanın geriyə qayıtması mexanizmdə quraşdırılmış güclü yayların hesabına baş verir. Paylayıcı val ya bir başa klapanın başında yerləşmiş itələyiciyə, ya da ox ətrafında dönən lingdən istifadə edilir. İkinci quruluş daha çox altda yerləşmiş paylayıcı valldan istifadə zamanı tətbiq olunur. Dördtaktlı mühərriklərdə klapanlar yüksək temperaturda işləyir. Bunun təsirindən yaranan deformasiyaların qazpaylayıcı mexanizmin işləməsinə təsirini azaltmaq üçün çox vaxt klapandöndərən mexanizmdən istifadə olunur. Böyük mühərriklərdə isə klapanlar soyudulur.

Mənbə

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.