Qazma

QazmaAzərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 6,660 nəfərdən çoxdur. Qazma bələdiyyəsinin tərkibinə Qazma, Bədağar, Darvazbinə, Cillik, Öküzovtala və Şambulbinə kəndləri daxildir.[1] Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, qoz, qarğıdalı yığımı, maldarlıq, arıçılıq, tütünçülükdür (son illərdə az sayda).

Qazma
41°41′35″ şm. e. 46°22′08″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 300 m
Saat qurşağı
Qazma xəritədə
Qazma
Qazma

Etimologiyası

Yaşayış məntəqəsinin ilk evləri vaxtilə sadə yeraltı ev tipli qazmalardan ibarət olduğuna görə ona belə ad verilmişdir. Qazma tipli yaşayış yerləri kənddə XX əsrin 50-60-cı illərinə qədər istifadə edilmişdir. [2] Kənd əhalisi arasında olan versiyaya görə Qazma kəndi qədimdə sıx meşəlik ərazi olmuş, bura ilk köçən insanlar özlərinə torpağın altında qazma sığınacaqlar düzəltmişlər.

Tarixçi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin fikrinə görə Gereyli, Tülü, Qullar Qazma və Katak kimi kənd adları qədim Bulqar türkləri ilə bağlı olub, II-IV əsrlərdə formalaşmışdır. [3]

Tarixi abidələr

Qazma kəndinin əhalisi arasında "Qoz tala" adı ilə tanınan hissəsində, 2010-cu ildə kənd sakinlərindən birinin fındıq bağında kurqan-nekropol aşkar edilmişdir. Arxeoloq N.Muxtarovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar çox maraqlı faktları, o cümlədən çox qədim bir məbədin qalıqlarını üzə çıxardı. Arxeoloji qazıntıların davam etdiyi, məbəd divarlarının qalıqlarının üzə çıxarıldığı zamanda AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Y.M.Mahmudov da abidədə olmuş və bu tarixi abidəni "bölgə tarixi üçün çox qiymətli tapıntı" adlandırmışdır. Diametri 36, hündürlüyü 3 metr olan kurqanın qərb ətəyində, üst səthdə 1 metr aşağıda üzə çıxmış məbəd divarlarında və döşəmə hissəsində çox güclü yanğın izləri vardır. Torpağın xeyli hissəsinin qırmızımtıl rəngdə olması, hətta yanmış tirlərdən qalan xeyli kömür qalıqlarının olması buradakı yanğının miqyasının çox böyük olduğunu göstərir. Aşkar edilmiş məbəd divarlarının, qoruma divarının daşları yoğrulmuş sarı torpaqla hörülmüşdü. Kurqanın qazıntı aparılmış hissəsində 40-dan artıq skelet aşkar edilmişdir.[4] [5]

Tanınmışlar

  1. Elnur Qebedov Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı;
  2. Kərimət Bürcəliyeva, Sosialist Əməyi Qəhrəmanı [6]

Təhsil

Kənd ərazisində 2 məktəbəqədər uşaq baxçası fəaliyyət göstərir. 2017-ci ildə 2 nömrəli uşaq baxçası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir. [6]

400-ə yaxın şagird təhsil alır. Arif Mirəliyev adına Qazma 2 saylı tam orta məktəb də fəaliyyət göstərir. 2 saylı məktəb 2013-cü ildə əsaslı təmirdən sonra 360 yerlik olaraq yenidən istifadəyə verilmişdir. [7]

Kənddə həmçinin Balakən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qazma kənd kitabxana filialı da fəaliyyət göstərir.

Din

Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir[8].

İstinadlar

  1. (PDF) https://www.stat.gov.az/menu/5/source/Belediyye_tes.pdf (#bare_url_missing_title). 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-17.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild (Azərbaycan). Bakı: Şərq-Qərb. 2007.
  3. https://teref.az/karusel/110575-tmis-tarixin-yadigarlari-min-illerden-bize-gelib-cixanlar.html (#bare_url_missing_title). 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  4. Məmmədli, Akif. Şimal-qərbi Azərbaycanın Maddi mədəniyyət xəzinəsi (Azərbaycan). Bakı: Turxan. 2013. 27–28.
  5. https://medeniyyet.az/page/news/21745/Balakende-arxeoloji-qazintilarda-qedim-nekropollar-askarlanib.html (#bare_url_missing_title). 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  6. https://azertag.az/xeber/balaken_rayonunun_qazma_kendinde_usaq_bagchasi_esasli_temirden_sonra_istifadeye_verilib-1096223 (#bare_url_missing_title). 2019-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  7. "Ümumtəhsil məktəbləri - Şəki-Zaqatala Regional Təhsil İdarəsi". https://shaki.edu.gov.az (az.). 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  8. MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.