Qazi Husrev bəy mədrəsəsi

Qazi Husrev bəy mədrəsəsi (bosn. Gazi Husrev-begova medresa) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yerləşən mədrəsə. Mədrəsənin əsası 1537-ci ildə Qazi Husrev bəy tərəfindən qoyulmuşdur. Bosniya və Herseqovinada ən qədim təhsil ocaqlarından hesab edilir.

Qazi Husrev bəy mədrəsəsi
43°51′15″ şm. e. 18°25′35″ ş. u.
Ölkə  Bosniya və Herseqovina
Şəhər Sarayevo
Yerləşir Sarayevo
Tikilmə tarixi 1537
TipiMədəni
Bosniya və Herseqovina
RegionAvropa və Şimali Amerika
Kateqoriyamədrəsə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qazi Husrev bəy XVI əsrin birinci yarısında Bosniya sancağının sancaqbəyi olmuşdur (1480—1541). O, Sarayevo şəhərinin infrastrukturuna öz töhfəsini vermişdir. 8 yanvar 1537-ci ildə Qazi Husrev bəy şəhərdə mədrəsə təşkil etmişdir. Hazırda mədrəsə onun adınını daşıyır[1].

Mədrəsənın binası çoxbucaqlıdır. Onun orta hissəsi sinif otaqları üçün ayrılmışdır. Yan tərəflərdə isə yaşayış otaqları yerləşir. Mədrəsə binası şəhərin mərkəzində yerləşir və o dövr Osmanlı imperatorluğunun aparıcı memarlarından olan fars Acəm Əzir-Əli tərəfindən layihələndirilmişdir. Mədrəsə Dubrovnikdən olan ustalar tərəfindən inşa edilmişdir. Bina İstanbul memarlıq məktəbi əsasında inşa edilmişdir. Binanın damı kirəmitlə örtülmüşdür. Kompakt, harmonik və monumental bir bina Sarayevin simvollarından birinə çevrilmişdir. Bütövlükdə binanın yenidən qurulmasına baxmayarq özünün orijinal tərzini qorumuşdur[1].

Mədrəsə professorları Qazi Husrev bəy tərəfindən nəzərdə tutulmuş ciddi meyarlar əsasında seçilirdi. Mədrəsədəki iş olduqca cəlbedici idi. Bir çox professorlar burada dərs deməyə can atırdı. Onlar arasında ərəb, türk, alban və boşnak alimlər vardı. Mədrəsədə müasir siniflər, yaxşı qidalanma və rahat yaşayış şərtləri mövcud idi. Yüksək təhsil standartları sayəsində mədrəsələrin məzunları sonradan uğurlu karyera qura bilirdilər. Onlar arasından hakimlər, generallar, imamlar, müftilər, proferrorlar, alimlər, akademiklər, icra başçıları, diplomatlar, nazirlər və digər məmurlar çıxırdı[1].

Qazi Husrev bəy mədrəsəsi iki tikilidən ibarətdir:qadın və kişilər üçün bütün təhsil şərtlərini ödəyən tədris sinifləri. Üstəlik qadın və kişilərin ayrılıqda qalması üçün yataqxanalar belə mövcud idi[1].

İstinadlar

  1. "The Gazi Husrev Bey's Madrasah marks the 480th Anniversary of its Existence". sarajevotimes.com. 2017-01-08. 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.