Qazaxlar məscidi

Qazaxlar məscidiAzərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.

Qazaxlar məscidi
40°40′11″ şm. e. 46°20′04″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Təbriz küçəsi, 145
Tikilmə tarixi 1886
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil
İstinad nöm.3990
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qazaxlar məscidinin əsas girişində portal

Məscid 1886-cı ildə tikilmişdir. Qazaxlar məscidi Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildir.[1][2][3]

Məscidin bünövrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı, bişmiş, qırmızı kərpiçgil məhluldan hazırlanmışdır. Bütün divarların dərinliyi 12-20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpiclə hörülmüşdür. Cümə Məscidində olduğu kimi, Qazaxlar məscidində də üç giriş qapısı vardır.[1][2] Əsas giriş dərin tağlı keçidin içərisindədir. İki köməkçi giriş isə fasadın sağında və solunda yerləşir. Məscidin on üç ədəd taxta pəncərəsi, bir ədəd pilləkəni vardır, icərisində iki tərəfdə taxta vardır. Gün çıxan tərəfdə isə əvvəllər gəcdən işlənmiş naxışlar olunmuşdur. Məscidin içəri divarı gəclə suvanıb, lakin bu divarlarda heç bir yazı və naxış işləri yoxdur.[2][3][4]

1920-ci ildə Gəncə ruslar tərəfindən yenidən işğal edildikdən sonra məsciddən dini məqsədlər üçün istifadə edilməsi uzun müddət qadağan edildi. Buradan anbar məktəb və s. məqsədlər üçün istifadə edildi. Azərbaycan öz müstəqilliyini qazandıqdan Təbriz küçəsində yerləşən abidə yenidən məscid kimi istifadəyə verilmişdir. Hazırda bu abidədə məscid kimi istifadə olunur.[2][3][4]

İstinadlar

  1. ganjanews.az. "Gəncədə məscidlər əsaslı təmir edilib" (az.). Sənubər Göyüşqızı. 18/09/2018. 2020-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.
  2. 525.az. "Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu" (az.). Sevinc ABDULLAYEVA. 21.10.2014. 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.
  3. kataloq.gomap.az. "Gəncə şəhər İmam Hüseyn məscidi" (az.). 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.
  4. wikimapia.org. "Qazaxlar Məscidi (Gəncə)" (az.). 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.