Qazax sultanlığı
Qazax sultanlığı — XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər imperiyası dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.
Sultanlıq | |
Qazax sultanlığı | |
---|---|
|
|
Paytaxt | Qazax |
Ən böyük şəhər | Tovuz, Ağstafa |
Dilləri | Azərbaycan dili |
Rəsmi dilləri | Azərbaycan dili |
Dövlət dini | İslam (Şiəlik) |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Şıxlinskilər |
Sultanlar | |
• (1747-1760) | Əli ağa Salahlı |
• (1760-1801) | Mustafa ağa Arif |
Vikianbarda əlaqəli mediafayllar |
I Şah Abbasın fərmanı ilə 1605-ci ildə Şəmsəddin sultana xan rütbəsi verilmişdir.
Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir.
Qazax sultanlığının hakimləri sultan titulu və irsi hakimiyyətə malik idilər. XVI əsrin 80-ci illərində osmanlı və gürcü ordusunun təzyiqi ilə Səfəvilər Azərbaycanı tərk etdikdə Bayat, Qaçaq, Qaramanlı və başqa tayfalardan fərli olaraq Qazaxlar öz ərazilərini tərk edib İrana getmədilər. Sultanlığın başçısı Nəzər xan türklərin hakimiyyətini qəbul etmiş və bununla da mahalın müstəqilliyini əldə saxlamışdır. İkinci dəfə Azərbaycan, o cümlədən Qazax mahalı yenidən səfəvilərin hakimiyyəti altına keçəndən sonra da Nəzər xan öz hakimiyyətində qalmışdır. Hətta onun xələfi Şəmsəddin xan 1605-ci ildə I Şah Abbasdan xan rütbəsi almışdır. Osmanlılar yenidən hücum edib Qazaxı aldıqdan sonra (XVIII əsrin əvvəlləri) Qazaxda inzibati ərazi bölgüsü aparmışlar. Belə ki, Qazax sancaq elan edilərək 4 nahiyyəyə bölünmüşdür. Bunlar Axtata, İncə, Türk və Cuvar nahiyyələri idi. Qazaxlıların osmanlıların tərəfinə keçməsi ilə əlaqədar Sultan III Əhmədin (1703-1730) Fərmanı ilə Qazax Sancaqbəyisi hələ Səfəvilərin zamanında Qazax hakimi olmuş Mirəlibəy təyin olunmuşdur. 1728-ci ildə Osmanlı hökumətinin tərtib etdiyi "Dəftəri müfəssəli əyaləti Tiflis" dəftəri 1046 səhifədən ibarət olub, hazırda İstanbulda Başkanlıq arxivində saxlanılır. Bu dəftərin 63 səhifəsi Qazax sancaqlığına aiddir. Dəftərə görə Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.
Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə Səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir.
Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.
1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi.
Osmanlı dönəmində Tiflis əyalətinə bağlı Qazax sancağın 205 kənd ilə Gəncə-Qarabağ əyalətinin 51 kənd daxil, ümumilikdə 256 kənd Qazax Sultanlığının idarəsinə keçmişdi.[1]
Sultanları
- Nəzər xan
- Şəmsəddin xan
- Mirəlibəy
- Sübhanverdi xan
- Pənah ağa Salahlı
- Əli ağa Salahlı
- Mustafa ağa Arif
İstinadlar
- "Arxivlənmiş surət". 2017-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.