Qazax Sement Zavodu

Qazax Sement Zavodu — Azərbaycanın iri sement istehsalçılarından biri kimi ildə 1.5 milyon ton sement istehsal edir və Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir.

Qazax Sement zavodunun panoram fotosu

05 İyul 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qazax Sement Zavodunun rəsmi açılışı olmuşdur və zavod sement və klinker istehsalına başlamışdır.

2015-ci ildə Qazax Sement Zavodu Azərbaycanda ilk zavod olaraq Gürcüstan Respublikasına sement və klinkerin ixracını həyata keçirmişdir.

Qazax Sement Zavodu MMC Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının ətəyində, əhəng daşı yataqlarının yaxınlığında yerləşir. Zavod Gürcüstan Respublikası sərhəddi ilə 30 km məsafədə, Ermənistanla 8 km məsafədə yerləşir. Qalaq və kisə şəklində müxtəlif sement məhsulları istehsal etməklə yanaşı, zavodun Respublikanın regionlarında 8 beton zavodu və qum-çınqıl karxanaları da fəaliyyət göstərir. Beton zavodlar mövcud standartların tələblərinə uyğun kalibrlənmiş, şəhadətnamə ilə təmin edilmişdir. Sement Zavodu və regionlarda fəaliyyət göstərən beton zavodlar və qum-çınqıl karxanaları da nəzərə alınmaqla şirkətdə 700 –dən çox əməkdaş çalışır. Zavodda yerli mütəxəssislərlə yanaşı, istehsal, keyfiyyətə nəzarət və digər sahələrdə Almaniyadan dəvət olunmuş mütəxəssislər də çalışır.Zavodun istehsal etdiyi sement məhsulları aşağıdakılardır.

1) Mastersem (CEMII/B-P32.5R)

Tətbiq sahələri:

  • Fərdi bina və digər tikililərin beton konstruksiyaları
  • Binaların xarici suvağı
  • Beton səkilər, meydançalar və döşəməaltı qatlar
  • Kərpic arakəsmələrin hörgüsü
  • Kiçik ölçülü beton məmulatlar

2) Unisem (CEMII/B-M(P-L)32.5 R)

Tətbiq sahələri:

  • Daş və kərpic divar hörgüsü
  • Daxili suvaq işləri

3) Betonsem (CEMII/A-P 42.5R)

Tətbiq sahələri:

  • Yüksək möhkəmliyə malik betonlar (B25 — B40)
  • Çoxmərtəbəli evlərin dəmir-beton konstruksiyaları
  • Hər növ beton məmulatları

4) Sulfasem (PPS400)

Tətbiq sahələri:

  • Şoran torpaqlarda yeraltı konstruksiyalar– hörgü və beton
  • Təbii (qrunt, dəniz, göl) suların birbaşa təsirinə məruz qalan konstruksiyalar
  • Beton su hovuzları, quyu və kanalizasiya sistemləri

Fəaliyyət

Zavod istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir. Yaradılmış infrastruktur və çoxşaxəli logistika sistemindən istifadə edərək Azərbaycanın istənilən ərazisinə, eyni zamanda Gürcüstan Respublikasına da sement – klinker satışını həyata keçirir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün Bakıda, Xaçmazda və Lənkəranda zavodun Logistika Mərkəzləri fəaliyyət göstərir. Zavodun əsas üstünlüklərindən biri sement istehsalı üçün tələb olunan xammal bazasının həm yaxınlıqda yerləşməsi, həm də zəngin və yüksək keyfiyyətli olmasıdır. Məlumdur ki, sement istehsalının əsas xammalı əhəngdaşıdır. Qazax rayonunun Avey dağı zəngin əhəngdaşı yataqlarına malikdir və araşdırmalar göstərmişdir ki, burada hasil edilən əhəngdaşı sement istehsalı baxımından Azərbaycanda ən keyfiyyətli əhəngdaşıdır. Bu əhəngdaşı yataqlarının sahəsi 135 ha, ehtiyatı isə 196 milyon tondur və zavoddan 2–5 km məsafədə yerləşir. Digər zəruri xammal olan gil yataqları zavoddan 5–8 km məsafədə yerləşmişdir, sahəsi 80 ha, ehtiyatı isə 50 milyon ton təşkil edir. Sementə qatılan mineral əlavə olaraq vulkan külü və trass yataqları da təmin edilmişdir. Bu yataqlar zavoddan 50–75 km məsafədə yerləşir. Sement istehsalı üçün digər lazımi materiallar olan gips və dəmir filizi tozu isə müvafiq olaraq Goranboy və Daşkəsəndə yerləşən hasilatçı müəssisələrdən təmin edilir.

Müştərilərə daha üstün xidmət göstərilməsi üçün zavodun Respublikada ilk dəfə istifadəyə verilmiş mobil beton laboratoriya fəaliyyət göstərir. 

2019-cu ildə aparılmış islahatlar və istehsalata yönəldilmiş investisiya nəticəsində zavoda yeni avadanlıqlar quraşdırılaraq istehsal gücü artırılmış, qaz və işıq sərfiyyatı azaldılaraq Avropa ölkələrinin sement zavodlarının sərfiyyatlarına uyğunlaşdırılmışdır. Belə ki, 2019-cu ilin İyul ayında 2018-ci ilin eyni ayı ilə müqayisədə təbii qaz sərfiyyatı 7%, elektrik enerjisi 4 % azaldılmışdır.

2019-cu ilin İyul ayında 2018-ci ilin eyni ayı ilə müqayisdə klinker istehsalı 8 %, sement istehsalı 41 % artaraq Qazax Sement Zavodunun tarixində ən yüksək nəticə əldə olunmuşdur.

Akkord Beton, mobil laboratoriya

Qazax Sement Zavodu MMC illik sement istehsalı həcmini 1 milyon tondan 1.4 miyon tona qaldırılması 2019-cu ilin May ayında DAL TEKNİK MAKİNA TİCARET VE SANAYİ A.Ş. şirkəti ilə müqavilə bağlamışdır. Layihə üzrə 2020-ci ilin əvvəlində zavodun illik sement istehsalı həcmi 1.4 milyona artırılacağı nəzərdə tutulur. 2019-cu ilin Aprel ayında zavodda Avropa ölkələrindən gətirilmiş yeni avadanlıqlar (Soyutma sistemi) quraşdırımışdır ki, bunlar da zavodun istehsal həcminin artırılmasına imkan verir.

Qazax Sement Zavodu MMC regionun sosial – iqtisadi inkişafına da daim öz dəstəyini göstərməkdədir. Belə ki, Tovuz rayonunda inşa olunan ABAD layihəsi çərçivəsində Qazax Sement Zavodu MMC-nin sponsorluğu ilə "Bitkilərin qurudulması və emalı müəssisəsi" tam inşa edilərək bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Zavod Azərbaycan Güləş Federasiyası ilə sponsorluq müqaviləsi bağlayaraq,Tovuz Güləş klubunun maddi – texniki təchizatını da həyata keçirmişdir. Zavodun həyata keçirdiyi digər bir layihə çərçivəsində regionda yaşayan orta təhsilli gənclər təcrübə proqramı çərçivəsində zavodda işlə təmin edilmişdir. Bundan əlavə ilin sonunadək zavoda yaxın kəndlərdə uşaq bağçalarının tikintisi və əsaslı təmiri də planlaşdırılır.

Zavod Qazax rayonun sərhədyanı kəndlərində yaşayan şəhid ailələri və aztəminatlı ailələrə daim dəstək olmaqdadır, bayram və əlamətdar günlərdə ziyarət olunur, zavod tərəfindən payram payları və s. verilir. 

2 Aprel 2019-cu ildə Londonda Birləşmiş Krallığın Nailiyyətlər Forumu 2019 təltif mərasimi keçirilmişdir. Keçirilmiş Nailiyyətlər Forumunda Qazax Sement Zavodu MMC Ən Yaxşı Regional Müəssisə, Qazax Sement Zavodu MMC-nin İdarə Heyətinin Sədri Vüqar Süleymanov İlin meneceri seçilmişdir.

Məlumat üçün bildiririk ki, bu nominasiyalar Birləşmiş Krallığın Nailiyyətlər Forumu 2019-cu il üzrə peşəkar araşdırmaçı komandası tərəfindən seçilir və görkəmli regional biznesmenləri, müvəffəqiyyətli şirkətlərin CEO-larını, ən yaradıcı menecerləri, perspektivli sərmayə və innovativ layihələrin və biznes ekspertləri əhatə edir. Ən Yaxşı Regional Müəssisə mükafatına naliyyətləri, effektli işləri və müsbət imic üzərində regional səviyyədə 2018-ci ildə uğur qazanmış şirkətlər təltif edilir.

Zavodun əlverişli xammal yataqlarına sahib olması və ən müasir texnologiyadan istifadə yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. İstifadə olunan xammalın və istehsal olunan sementin keyfiyyətinin yüksək səviyyədə saxlanılması üçün zavodumuzda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir, müntəzəm olaraq həm xammalların, həm də məhsulların fiziki-mexaniki və kimyəvi sınaqları həyata keçirilir.

Zavodda bir sıra mülki, infrastruktur və enerji obyektlərinin inşası həyata keçirilmişdir. Bunlara 8 km avtomobil yolu və 18 km dəmir yolu xəttinin tikintisi, 15 km xarici su xəttinin, 26 km 110 kilovoltluq yüksək gərginlikli xarici elektrik xəttinin çəkilməsi, Avtomatik Qaz Paylayıcı Stansiyasının quraşdırılması və 4 km qaz xəttinin çəkilməsi, suvarma kanalının, sel bəndinin tikintisi və s. aiddir. Zavodun tikintisi zamanı sosial təyinatlı obyektlərin də tikintisinə xüsusi diqqət yetirilmişdir. Belə ki, işçi personalının iş və rahat istirahətinin təşkil edilməsi məqsədilə 56 otaqdan ibarət yataqxana, 250 nəfərlik yeməkxana, 69 otaqdan ibarət inzibati bina inşa edilmişdir.

Qalereya

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.