Qazaxıstanda islam

Qazaxıstanda islam — Qazaxıstan Respublikasında inanclılar arasında ən geniş yayılmış din. 2009-cu il siyahıya alınmasına görə ölkə əhalisinin 70 % müsəlmandır[1].

  • İstiqamət — Sünnizm.
  • Məzhəb (müəlman din məktəbi) — Hənəfi məzhəbi.
  • Səlahiyyətli orqan — Qazaxıstan müsəlmanlarının dini idarəsi (QMDİ).

Tarix

İslamın müasir Qazaxıstan ərazisində yayılma dönəmi bir neçə əsr ərzində baş vermişdir. İlk dəfə isə ölkənin cənubunda yayılmışdır.

İslamın Qazaxıstan ərazisində yaılmasının ilk qığılcımı 751-ci ildə Talas döyüşündən sonra baş verir. Türgiş xaqanlığının ərazisində yayılmış türklər Abbasilər xilafətinin dəstəyi ilə Tan sülaləsinin qüvvələri üzərində qalibiyyət əldə etmişlər. Qalibiyyət sayəsində Tan sülaləsinin qərbə doğru genişlənməsinin qarşısı alınmış və islamın artıq X əsrdə Yeddisu ərazisinə qədər yayılmasını təmin etmişdir.

İran tarixçi alimi Atabaki Turajın sözlərinə görə islam ilk əvvəllər Türkistan şəhərində və onun ətraflarında yayılmışdır. Sonradan isə ərəb tarixçisi İbn əl-Əsirin sözlərinə görə Samanilərin sayəsində Taraz şəhərinə qədər yayılmır. Sonradan isə bütün Qazaxıstanı əhatə etmişdir.

X əsrin sonralında Qaraxanilər sülaləsi dönəmində islam artıq rəsmi dövlət dininə çevrilir. Çingizxanın hakimiyyəti dönəmində islamın yayılması ləngimişdir. Belə ki, türklərin Tenqriçilik dininə bağlılığı hələ də sürməkdə idi. Ancaq islam sonrakı dövrlərdə də yayılmağa başlamışdır. Qızıl Orda xanlarından Bərkə xan (1255–1266) və Özbək xan (1312–1340) islamı qəbul etməsi ilə dinin yayılması sürətlənir. Bu dövrdə türklər arasında sufizm dərin kök salır. Sufizmə böyük töhfəsini Əhməd Yəsəvi vermişdir. O, 1166-cı ildə Türkistan şəhərində vəfat etmişdir.

İslamın yayılması Qazaxıstan ərazisində tədricən baş vermişdir. Belə ki, iri şəhərlərdə din yayılsa da köçəri həyat keçirənlər arasında şamanizm XIX əsrə qədər mövcudluğunu saxlaya bilmişdir. Rusiya öz işğal zonasını genişləndirmək məqsədi ilə II Yekaterina köçəriləri ram etmək üçün islamı dəstəkləmişdir.[2]. XIX əsrdə isla artıq bütün qazax xalqının günlük həyatının bir parçasına çevrilmişdir[3].

Bu gün Qazaxıstan əhalisinin böyük əksəriyyəti özünü nmüsəlman sayır. Bunu sünnət, dəfn adətlərində müşahidə etmək olar. Bununla belə qazaxlar arasında köçərilik dönəmindən qalma adətlər bu gündə mövcudluğunu qoruyur. Bunlar təbii ki islama zid olmayan adətlərdir. Oğlan uşaqları aydar adlı saç düzümunə sahib olurlar. Üstəlik onlar "Allah" (c.c) kəlməsi ilə yanaşı "tanrı" və "kuday" sözlərinidə işlədirlər.

Hazırda Qazaxıstanda 2500 məscid var. Halbuki, sovetlər dönəmində onların sayı cəmi 63 idi.

Müasir vəziyyət

Qazaxıstanda digər dövlətlərin dəstəyi ilə islam məktəbləri formalaşdırılır. 1991-ci ildən ölkədə məscid imamlarını hazırlayan İslam İstitutu fəaliyyət göstərir. 2001-ci ildə isə Misirin dəstəyi ilə ölkədə "Nur" Universiteti təşkil edilir[4]. 2012-ci ildə ölkədə ilk islam televiziyası olan "Asıl Arna" telekanalı fəaliyyətə başlayır.

Xüsusiyyətləri

Mənbə

İstinadlar

  1. "Аналитический отчёт "Итоги Национальной переписи населения Республики Казахстан 2009 года"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
  2. "John L. Esposito Oxford Dictionary of Islam". 2018-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
  3. "Didar Kassymova, Zh. B. Kundakbaeva, Ustina Markus Historical Dictionary of Kazakhstan — 2012". 2018-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
  4. Рудов Г. А. Ислам в Центральной Азии: масштабы и перспективы влияния // Научно-аналитический журнал Обозреватель — Observer. — 2014. — № 6 (293). — С. 60
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.