Qazaxıstan mətbəxi

Müasir qazax mətbəxində daha çox ətdən istifadə olunur. Süd məhsullarına da tez-tez müraciət olunur. Cənubi Asiyalılar çubuqlardan istifadə etsələr də, Orta Asiyalılar xörəyi barmaqlarla yeməyi xoşlayırlar. Ona görə də təsadüfi deyil ki, qazaxların təmtəraqla bişirdiyi xörəklərdən biri beşbarmaq adlanır. Onu adətən mal, qoyun və at ətindən hazırlayırlar. Qazaxlıların mətbəxindən danışarkən baursak, mantı, samsa, çak-çak, laqman, kazı, sorpa, kartaplovun da adını çəkmək lazımdır.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.