Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası
Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası (qaz. Qazaq Aptonom Sotsijalistik Sovettik Respublikasь, Qazaƣьstan, qaz Қазақ Автономиялы Социалистік Кеңестік Республикасы, Қазақстан) - Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) tərkibində 1925-1936 illər arası mövcud olmuşdur.
Tarixi dövlət | |||||
Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası | |||||
|
|||||
|
|||||
Paytaxt | Almatı, Qızılorda | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
Tarix
Qazaxıstan MSSR ilk dəfə 26 avqust 1920-ci ildə Qırğızıstan MSSR olaraq (indiki müstəqil Qırğızıstan dövlətinin ərazisindəki Qara-Qırğız Muxtar Vilayəti ilə dəyişik salınmamalıdır) yaradılmış və RSFSR-in bir hissəsi olmuşdur. Rusiya inqilabından əvvəl Rusiyada qazaxlar "Qırğız-Qazax" və ya sadəcə "Qırğız" olaraq tanınırdı.[2] Bu təcrübə erkən sovet dövründə də beləcə davam etdi və beləliklə, Qırğızıstan MSSR qazaxların milli respublikası oldu. Lakin, 15-19 iyun 1925-ci ildə 5-ci Sovet Qazaxıstanı Konqresi Qazaxıstan Muxtar Sosialist Sovet Respublikası adını dəyişmək qərarına gəldi. Keçmiş Qırğızıstan MSSR paytaxtı Ağməscid Qazaxıstan MSSR-in paytaxtı olaraq saxlanılmış, lakin adı Qızılorda olaraq dəyişdirilmişdir.[3] 1927-ci ildə Almatı şəhəri MSSR-in yeni paytaxtı kimi təyin edildi.
Sahə və Əhali
Sahəsi ( 1 yanvar 1933 ) 2 853 min kv. km. idi. 1 yanvar 1931-ci kimi 7,260 milyon əhali (o cümlədən 1926-cı il siyahıyaalmasına əsasən ərazi qeydiyyatı olan 9112 nəfər) qeydə alınmışdır.
Mənbə
- http://factsanddetails.com/central-asia/Kazakhstan/sub8_4a/entry-4632.html.
- The 1911 Encyclopædia Britannica: "Kirghiz" (scanned version) (ing.)
- Grigol Ubiria. Soviet Nation-Building in Central Asia: The Making of the Kazakh and Uzbek Nations. Routledge, 2015. p. 124. ISBN 9781317504351 (ing.)