Qazaxıstanın iqtisadi rayonlaşdırılması

Qazaxıstanın iqtisadi rayonlaşdırılması — Qazaxıstanın iqtisadi və coğrafi bölgələrə ərazi bölgüsü. Hazırda Qazaxıstanda beş iqtisadi və coğrafi bölgə şərti olaraq seçilir.[1][2]

Qazaxıstan Mərkəzi Asiyanın ən zəngin ölkəsidir. Bu ölkənin ərazisi Volqaboyundan Altay qədər, Qərbi Sibir ovalığından Tyan-Şana qədər uzanır. Ölkənin relyefi əsasən düzənlikdir. Qərbdə Karagiye çökəkliyi ilə birlikdə Xəzəryanı ovalıq. Mərkəz hissəsində Tuqay yaylası tutur. Cənubda isə qızılqum səhrası ilə turan ovalığı çıxır. Şərqdə Altay, Tarbaqatay dağları var. Şimalda isə Sibir düzənliyi var.

Qazaxıstanda Şımkənd (əvvəllər Çimkənd) şəhərinin torpağında ən təhlükəli inqrediyentlərdən biri sayılan qurğuşunun miqdarı YVK-nı 340 dəfə; Qırğızıstanın torpağında civənin miqdarı YVK-dan 100 dəfə artıq olmuşdur.

Qazaxıstanın çox zəngin neft resursları var. Qazaxıstan 4 milyard ton neft və 2000 kub metr qaz ehtiyatlarına malikdir. Hesablamalara görə Qazaxıstan 2015-ə qədər həe gün 3 million barel neft çıxarda bilər. Bu da Qazaxıstanı dünyanın ilk 10 neft istehsalçısı ölkəsindən biri edir. Burada neft əsasən Yeralıyev və Aktaudan çıxarılır. Qazaxıstanda çox zəngin daş kömür yataqları var. (Karaqanda, Ekibastus) Qazaxıstan xrom istehsalına görə Cənubi Afrika və Zimbabvedən sonra 3-cü yerdədir.

Xrom əsasən Qazaxıstanın şimal regionu Aqtobe və Xromatuda cəmləşib. Xrom istehsalı əsasən Qərbin investisiyası və maraqlarına görə işləyir. Qazaxıstanda böyük mis ehtiyatları var. Bu ehtiyatlar əsasən Artemonskoye, Zaman-Aybat, Aktogay, Saryoba rayonlarında yayılıb. Mis istehsalında “kazakhmys” şirkətinin böyük rolu var. Burada ildə təxmini 28000 ton mis və 98000 ton sink çıxarılır. Bunla yanaşı Qazaxıstanda böyük miqdarda qurğuşun çıxarılır.(Leninoqorsk, Kamenogorsk) Qazaxıstan Uran istehsalına görə dünyada 4-cü yerdədir. Qazaxıstanın Kazatomprom şirkəti dünyanın ən böyük 5 uran şirkətindən biridir.

İqtisadi rayonların siyahısı

RayonRespublika əhəmiyyətli bölgələr və şəhərlərƏhali
nəf (1 iyul 2017)[3]
Sahə
km²
1. Şərqi
  1. Şərqi Qazaxıstan vilayəti
1 386 208283 226
2. Qərbi
  1. Aktübin vilayəti
  2. Atırau vilayəti
  3. Qərbi Qazaxıstan vilayəti
  4. Manqistau vilayəti
2,759,602736,241
3. Şimali
  1. Akmolian vilayəti
  2. ş. Astana
  3. Kostanay vilayəti
  4. Pavlodar vilayəti
  5. Şimali Qazaxıstan vilayəti
3 937 246565,678
4. Mərkəzi
  1. Karaqandin vilayəti
1 381 501427 982
5. Cənubi
  1. Almatı vilayəti
  2. ş. Almatı
  3. Jambıl vilayəti
  4. Qızılordin vilayəti
  5. Turkestan vilayəti
  6. ş. Şımket
8,569,809712,125

İstinadlar

  1. "KZST.RU — Казахстан — Западный Казахстан". 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
  2. "Arxivlənmiş surət". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
  3. "stat.gov.kz". 2017-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.