Qazangöldağ
Qazangöldağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Azərbaycan-Ermənistan sərhədində yerləşən zirvə.
Qazangöldağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 3829[1] |
Yerləşməsi | |
39°11′39″ şm. e. 45°59′16″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
|
Coğrafiyası
Hündürlüyü 3829 m olan zirvə Kiçik Qafqaz dağlarının Zəngəzur silsiləsində yerləşir.[1] Adı quruluşca mürəkkəb oronim[2] olan dağın şərq yamaclarında — Ermənistan ərazisində eyniadlı kiçik dağ gölü olan Qazangöl, qərb yamaclarında — Ordubad rayonu ərazisində isə Göygöl yerləşir (hünd. 3829,2 m). Zəngəzur silsiləsinin suayırıcısinda zirvə. Nəsirvaz kəndindən 5 km-dək şimal-şərqdə, Nəsirvazçay və Saqqarsuçayın mənbə hissəsindədir. Orta Eosenin yaşlı sönmüş vulkan boğazına cavab verən, aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı və kəskin parçalanmış piramidaya bənzər qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxma zonalarını ayıran Şərqi Ordubad dərinlik qırılması zonasında yerləşir. [3]
İstinadlar
- "Qazangöldağ, Azerbaïdjan". 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
- "İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002". 2014-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Xarici keçidlər