Qazanbatan
Qazanbatan (əvvəlki adı: Otradnoye) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Otradnoye kəndi Qazanbatan kəndi adlandırılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Qazanbatan kəndi Qara Nuru kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qazanbatan kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Qazanbatan | |
---|---|
39°55′46″ şm. e. 48°27′09″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsini 1908-ci ildə Rusiyanın Otradnı şəhərindən köçürülmüş rus ailələri salmış, əvvəllər Otradninskoye, Otradnoye adlandırılmışdı. 1992-ci ildən kəndin adı Qazanbatan kimi rəsmiləşdirilmişdir. Oykonim Qazan (Hülakü xanı) və batanfbaten (qala, şəhər) komponentlərindən düzəlib, "Qazan şəhəri" mənasındadır.[3]
Coğrafiyası və iqlimi
Kənd Muğan düzündə yerləşir.
Əhalisi
Əhalisinin sayı 1072 nəfərdir.[4]
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
- Qazanbatan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.