Mahmud Qazan
Sultan Mahmud Qazan xan (5 noyabr 1271, Mazandaran ostanı – 11 may 1304, Qəzvin) — Arqun xanın oğlu, elxan.
Mahmud Qazan | |
---|---|
monq. ᠭᠠᠵᠠᠨ ᠬᠠᠨ | |
3 noyabr 1295 – 17 may 1304 | |
Əvvəlki | Baydu xan |
Sonrakı | Olcaytu |
Xorasan valisi | |
11 avqust 1284 – 3 noyabr 1295 | |
Əvvəlki | Arqun xan |
Sonrakı | Əbu Səid Bahadur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Abaskun, Mazandaran |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Qəzvin |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Arqun xan |
Anası | Qutluq xatun |
Ailəsi | Çingizlilər, Elxanlılar sülaləsi |
Dini | islam, buddizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Qazan xan 1271-ci ildə, Abaqa xanın hakimiyyəti dövründə doğulmuşdu. Atası Arqun xan, anası Dörben tayfasından Qutluq xatundur. Ögey nənəsi Buluğan xatun tərəfindən yetişdirilmişdir. Qazan və Olcaytu ikisi də xristian kimi böyüdülmüşdülər.[1]Buddizmi, Monqol yazısını və Uyğur yazısını öyrənmişdi.[2] 11 yaşında Xorasan valisi olmuşdur.
Vali kimi fəaliyyəti
1289-cu ildə Novruz ağa Oyrotun üsyanına qarşı mübarizə aparan Qazan xan əsasən Çağataylarla konfliktdə olmuşdur. 1291-ci ildə Keyxatunun taxta çıxmasına səs çıxarmamışdı. Əmisinə sadiq olsa da çaonu tədavülə buraxmadı. 1295-ci ildə Novruz ağa ilə barışan Qazan onu sərkərdələrindən birinə çevirdi. Vali olduğu dövrdə Xubilay xaqanın göndərdiyi Kökəçin xatunla evlənmişdi.
Hakimiyyəti
16 iyun 1295-ci ildə müsəlman olan Qazan xan həmin ilin oktyabrında Baydunu devirərək hakimiyyətə gəlmişdi. Mahmud adını qəbul edən Qazan xanın əsas işi hakimiyyəti möhkəmlətmək olmuşdur. Qazan xan üzdə müsəlman olsa da Tenqri dinində idi.[3] Mahmud Qazan xan öz yaxın adamlarından olan Novruz ağa Oyrotu Borçalıya canişin təyin etmişdi. Lakin tezliklə Novruz buddistləri və xristianları təqib etməyə başladığı üçün Qazan xan, bu vəzifədən kənarlaşdırıldı və 13 avqust 1297-ci ildə edam olundu. 1298-ci ildə Fəzlullah Rəşidəddini vəzir təyin etdi. Bundan əlavə Bolad ağa da sarayda xüsusi önəm daşıyırdı.
Digər monqol xanlıqları ilə əlaqələr
Qazanın Qızıl Orda ilə problemi olmasa da Çağataylarla mübarizəyə davam edirdi. 1295-ci ildə Duva xanın basqınına, 1296 və 1299-cu ildə Kiçik Asiyada üsyanlara məruz qalmışdı. Qazan xan Yuan sülaləsi ilə mehriban əlaqələrdə olmuş, Kaydu xana qarşı rəqiblərini dəstəkləmişdir.
Avropalılarla münasibətlər
Qazan xan sələflərinin anti-Məmlük siyasətini davam etdirir, Avropalılarla əlaqələri sıxlaşdırırdı. 1299-cu ildə Hələb şəhərini Məmlüklərin əlindən almış, Kilikiya çarı II Hetumla birlikdə Məbəd Cəngavərlərini də öz tərəfinə çəkərək güclü bir ittifaq qurdu. 1299-cu ildə Vadi əl-Xəzandar döyüşündə məmlükləri ikinci dəfə məğlubiyyətə uğradaraq Qəzzəyə qədər Məmlükləri qovdu. Bir neçə gün sonra Dəməşq ələ keçirildi. Mulay noyon Suriya valisi təyin olundu. Qorxuya düşən məmlüklər İbn Teymiyyə başçılığında Marağaya səfirlik göndərdilər. Lakin bu üstünlük çox çəkmədi və 1303-cü ildə monqollar Məmlük ordusuna məğlub oldular.
Gürcülərlə münasibətlər
Qazan xan atası Arqun xan tərəfindən boynu vurulmuş Dmitrinin oğlu Davidi 1299-cu ildə yanına çağıraraq, onu Tiflisə canişin təyin etmək istədiyini bildirdi. Lakin David Mahmud Qazan xana qarşı qiyam qaldırmış sultan Orxanın yanına elçilər göndərərək, ona tabe olmaq istədiyini bildirdi. Onun bu hərəkətindən qəzəblənən Mahmud Qazan xan Davidin kiçik qardaşı Georgini canişin təyin etdi. David qorxusundan Araqvi əyalətində gizləndi. Georginin ortancıl qardaşı Vaxtanq Mahmud Qazan xanın yanına gələrək onu hakim təyin etməyi xahiş etdi.
Daxili siyasət
Yalnız Qazan xanın hakimiyyətə gəlişi ilə Elxanlılar dövlətində müsəlmanların vəziyyəti xeyli yüngülləşdi. O, atası Arqun xanın da vəziri olmuş Fəzlullah Rəşidəddinlə birlikdə dini, torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi. Qazan xan islam dinini qəbul edərək, yerli əhalinin dəstəyini qazandı. Mahmud Qazan xan adını almış bu hökmdar pul sikkələrinin üzərinə "Allah, Məhəmməd, Əli" sözlərini zərb etdirdi. Qazan xan vergi islahatı ilə vergilərin növlərini, toplama üsullarını və vaxtını dəqiqləşdirdi. Vergilərin toplanması mərkəzi divana tapşırıldı, vilayət hakimlərinin bu işə müdaxiləsinə icazə verilmədi. Məhkəmə islahatında əsas məqsəd ölkədə hüquqi özbaşınalıqlara, qanunsuzluqlara son qoymaq, şəriət qanunlarının aliliyini təmin etdirməkdən ibarət idi. Qazı vəzifəsinə layiqli din xadimlərinin təyin olunmasına, məhkəmələrdə həyata keçirilən əmlak alqı-satqısı işində qayda-qanun yaradılmasına xüsusi fikir verilirdi. Qazı vəzifəsinə təyin olunanlardan qanuna əməl edəcəklərinə dair iltizam alınırdı.
Ölkə ərazisində vahid rabitə-poçt sistemi tətbiq edildi, hər 20 kilometrdən bir rabitə dayanacaqları – yamlar yaradıldı. Yam rəislərinin ixtiyarına lazımi qədər məmurlar, qoşqu vasitələri verildi. Rabitə xidmətləri üçün əhalidən vəsait tələb olunması qəti qadağan edildi. Yollarda karvansaralar tikildi.
İslahatlar
Torpaq islahatı
Qazan xanın torpaq islahatının əsasını monqolların orta təbəqəsinin və dövlətə xidmət edən yerli əyanların mənafeyinin qorunması təşkil edirdi. Qazan xanın torpaq islahatına əsasən:
- Bayrat torpaqları qeydə alındı və onların sahibkarlığı müəyyənləşdirildi;
- Sahibsiz torpaqlar divan sərəncamına verildi;
- Becərilməyən mülklər satın alınaraq dövlət torpaqlarına qatıldı;
- İqta torpaqları alınıb-satıla bilməzdi;
- Sahibi öldükdən sonra iqta hərbi xidməti davam etdirən varisə verilirdi;
- Becərilməyən torpaqlar yeni sahibkarlara paylandı və onların bu ərazi üzərindəki hüquqları divan sənədləri ilə qanuniləşdirildi;
- Orduda xidmət edən monqollara incu, bayrat və divan torpaqları hesabına iqta verilirdi;
- Kəndlilər öz torpaqlarını tərk edə bilməzdi (1303-cü il fərmanına əsasən).
Vergi islahatı
Qazan xanın həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də vergi islahatıdır. İslahata əsasən:
- Vergi verənlərin siyahısı tutuldu;
- Qeyri-qanuni vergilər ləğv edildi;
- Hər bir kəndin və ya şəhərin ödəyəcəyi verginin məbləği lövhələrə həkk olunurdu;
- Vergilər pulla və ya natura ilə toplana bilərdi;
- Əldə edilmiş vergilərin məsrəfi üzərinə ciddi nəzarət qoyuldu;
- Vergilərin toplama vaxtı dəqiqləşdirildi;
- Vergilərin toplanması Mərkəzi Divana həvalə olundu;
- Vilayət hakimləri vergilərin toplanmasına müdaxilə edə bilməzdi;
- Vergilərin toplanmasının icarəyə verilməsinə ciddi nəzarət qoyuldu.
Məhkəmə islahatı
Qazan xan ölkədəki rüşvətxorluq, özbaşınalıq və məhkəmə sistemindəki problemləri həll etmək məqsədilə islahat keçirdi. İslahata əsasən:
- 30 illik iddia sənədləri öz qüvvəsini itirdi;
- Mühakimələr üçün alınan ödənclər dəqiqləşdirildi;
- Şəhər, kənd və mahal qazılarının səlahiyyətləri müəyyənləşdirildi;
- Qazı vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam alınırdı.
Rabitə islahatı
Qazan xanın rabitə islahatına əsasən vahid rabitə sistemi yaradıldı. Əsas yollarda hər 20 km-dən bir yamlar qurulurdu. Yamlara aiddir:
- Əmirlər tərəfindən idarə edilməsi;
- Sərəncamlarında qulluqçuların olması;
- Elçilərin qarşılanmasında mühüm rol oynaması.
Pul islahatı
Qazan xanın pul islahatına əsasən:
- Vahid pul sistemi yaradıldı;
- Çəki və ölçü vahidləri sabitləşdirildi;
- Ayrı-ayrı vilayətlərdə işlədilən pullar ləğv edildi.
Din islahatı
- Yerli oturaq feodalları və müsəlman din xadimlərinin öz tərəfinə çəkmək naminə islam dinini qəbul etdi
- İslam dinini dövlət dini elan edib özünə " Mahmud" adını götürdü
Şəxsiyyəti
Qazan xan kimya və rəssamlığa maraq duyurdu, Türkcə, Çincə, Ərəbcə, Farsca, Latınca, Tibet dilində, Hindcə və Monqolca danışa bilirdi.[4] Bizans tarixçisi Georgi Paximerin qeydlərinə əsasən xan, boş vaxtlarında dəmirçiliklə məşğul olurdu.[5] Cəmi ət-Təvarix məhz onun dövründə yazılmışdır. Qazan xan, 1304-cü ildə vəfat etmişdir.
Ailəsi
Xatunları
- Keyxatu Xan
- Aşil xatun
- Kökəçi xatun
- Dondi xatun
- Keremun xatun
Oğulları
- Alaçu — 1300-cü ildə vəfat etmişdi.
Qızları
- Olcay Qutluq
İstinadlar
- Richard Foltz, Religions of the Silk Road, Palgrave Macmillan, 2nd edition, 2010, p. 120 ISBN 978-0-230-62125-1
- Charles Melville, "Padshah-i Islam: the conversion of Sultan Mahmud Ghazan Khan, p.159–177"
- Christopher P. Atwood Encyclopedia of Mongolia and the Mongol Empire, p.199
- Histoire de l'Empire Mongol, Jean-Paul Roux
- "Maḥmūd Ghāzān." Encyclopædia Britannica. 2009
SƏLƏF Baydu xan |
Sultan Mahmud Qazan xan Elxanilər |
XƏLƏF Sultan Məhəmməd Xudabəndə Olcaytu xan |