Qazan kababı

Lazımlı ərzaqlar

adambaşına

  • 300 qr qoyun əti
  • 20 qr quyruq yağı
  • 25 qr nar
  • 2 ədəd baş soğan
  • 5 qr göyərti
  • habelə tam üçün istiot, duz götürülür.

Hazırlanma qaydası

Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.

Mənbə

Azərbaycan mətbəxi - Qovurma & Kabab

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.