Qazançı körpüsü

Qazançı körpüsüCulfa rayonunun Qazançı kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi.

Qazançı körpüsü
39°14′01″ şm. e. 45°42′11″ ş. u.
Keçid piyadalar üçün
Üslubu Tağ körpü
Material çaydağ daşları
Hündürlüyü çay yatağından 1,5 metr

Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsi. Körpü xalq arasında "Qozbel körpü" adı ilə də məşhurdur. Körpü XVIXVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Böyük İpək yoluna xidmət edən bu körpü vasitəsilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Körpü nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o, Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan tikilmişdir. Tağların haşiyə və arxivoltu təmiz yonulmuş qumdaşındandır. Bunun sayəsində tağların kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır.

Poçt markası üzərində

2007-ci ildə buraxılmış poçt markası

2007-ci ilin noyabr ayının 1-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan körpülərinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 20 min ədəd olan həmin markalardan biri Qudyalçay körpüsünə həsr olunmuşdur[1].

Mənbə

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.