Qazalaq

Qazalaq — tək at qoşulan, yaylı, ikitəkərli at arabası.

Ümumi məlumat

Tək at qoşulan bu nəqliyyat növü öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın cardağı (banı) oxa bərkidilmir. Yayların ustundə dururdu. Onu cardağı dordbucaqlı idi. Taxtadan hazırlanmış cardaqda 4-5 adam otura bilirdi. Təkərləri “Bakı” və “Şamaxı” arabaların təkəri kimi diametrcə cox iri olurdu. Məlumatlara gorə, Azərbaycanda qazalaq ancaq Bakıda hazırlanmışdır. Toy mərasimlərində işlədilən qazalaqları bəzəmək məqsədilə onun yanlarından rəngbərəng xalcalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək ucun qazalağın icərisinə kicik doşəkcələr qoyulurdu.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.