Qazızadə Mehmed Tahir Əfəndi

Qazızadə Mehmed Tahir Əfəndi (1747, Tokat1838, Konstantinopol) — Osmanlı alimişeyxülislamı.

Mehmed Tahir Əfəndi
ƏvvəlkiMəkkəyizadə Mustafa Asım Əfəndi
SonrakıYasinzadə Əbdülvəhab Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tokat, Osmanlı imperiyası
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri

Həyatı

1747-ci ildə Tokatda dünyaya gəlmişdir. Atası Qazı Ömər Əfəndidir. İlk təhsilini atasından aldıqdan sonra İstanbula gəlmiş, burada dövrün önəmli alimlərindən dərslər almışdır. 1782-ci ildə müdərrislik dərəcəsi alaraq bir çox mədrəsələrdə fəaliyyət göstərdi. Ardından Anadolu və Rumelinin bir çox əyalətində qazı olaraq xidmət göstərdi. Rumeli başqazısı Osmanpaşazadə İzzət bəyin xidmətində qaldı və bu müddət ərzində Yenişəhər qazısı kimi fəaliyyət göstərdi. Bir müddət dövlət vəzifəsindən uzaq qalsa da, çox keçmədən Məkkə qazısı, 1818-ci ildə isə İstanbul qazısı olaraq təyin edildi. 1824-cü ildə Anadolu başqazılığı, 26 noyabr 1825-ci ildə isə şeyxülislamlığa yüksəldi. Bu vəzifəyə yüksəlməyində Sultan Mahmudun yeniçəri ocağını ləğv etmə planlarının mühüm rolu vardı. Belə ki, gənc sultan yumşaq xarakterli olan Məkkəyizadə Mustafa Əfəndi ilə bu planlarını icra edə bilməyəcəyini anlamışdı.

Yeniçəri ocağının ləğv edildiyi ərəfədə toplanan məşvərət məclislərində Qazızadənin iştirakı mühüm rol oynadı. Belə ki, bu planın dini və elmi yöndən təsdiqi də məhz onun tərəfindən baş tutmuşdur. 25 may 1826-cı ildə şeyxülislamın köşkündə baş tutan bu məclislərdən birində Qazızadə müasir üslubda təlim görmək istəməyən yeniçərilərin aradan qaldırılmasının dini baxımdan uyğun olması barədə fətva verdi. Bu fətvanı o əsnada məclisdə olan digər üləmalar da təsdiqlədi. Bu fətva səbəbilə Sultan Mahmud tərəfindən şeyxülislama almas bir üzük hədiyyə edilmişdir. 1828–1829 Osmanlı-Rusiya müharibəsi əsnasında toplanan məclislərdən birində rəisülküttab Pərtəv Əfəndinin etirazına baxmayaraq sülh bağlamağı təklif edən Qazızadə bu istiqamətdə bir qərarın çıxmasını təmin etdi.

2 ildən çox bu vəzifədə qalan Qazızadə Mehmed Tahir Əfəndi 6 may 1828-ci ildə yaşlılığı səbəbilə vəzifədən ayrıldı. Vəfat etdiyi 1838-ci ilədək olan fəaliyyəti barədə məlumat yoxdur. Vəfatının ardından cənazəsi Əyyubsultanda dəfn edilmişdir.

Mənbə

  • TSMA, nr. E. 3277 (Kadızâde’ye ait 35 adet orijinal belge), BA, HH, nr. 22689;
  • BA, Cevdet-Adliye, nr. 2832;
  • İlmiyye Salnâmesi, s. 587–589;
  • Sahaflar Şeyhizâde Esad Efendi, Târih (haz. Ziya Yılmazer), İstanbul 2000, s. 218;
  • Hızır İlyas, Târîh-i Enderun, İstanbul 1276, s. 431;
  • Cevdet, Târih, XII, 138, 146, 253–255;
  • Lutfî, Târih, I, 127;
  • Uzunçarşılı, Kapukulu Ocakları, I, 33, 34, 50, 53, 531;
  • Danişmend, Kronoloji, IV, 110, 111;
  • Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 186–187;
  • A. Levy, "The Ottoman Ulema and The Military Reforms of Sultan Mahmud II", AAS, VII (1971), s. 15, 18;
  • Mehmet Arslan, "Yeniçeriliğin Kaldırılmasına Dair Edebî Bir Metin: Aynî’nin Manzum Nusretnâmesi", Türklük Bilimi Araştırmaları, sy. 3, Sivas 1996, s. 36;
  • Şerafettin Turan, "Edirne Antlaşması", DİA, X, 442–443.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.