Qayalıq kərtənkələsi (növ)
Qayalıq kərtənkələsi (lat. Darevskia saxicola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
Qayalıq kərtənkələsi (növ) | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Fəsiləüstü: Lacertoidea Fəsilə: Yarımfəsilə: Lacertinae Cins: Növ: Qayalıq kərtənkələsi (növ) |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xüsusiyyətləri
Uzunluğu 88 mm (balalarda 22 — 27 mm), quyruğu 156 mm-dir. Yuxarı hissədə yaşıl, qəhvəyi, zeytunu boz rəngdə olur. Sinəsində mavi gözlər fprmasına malik nöqtələr vardır.
Onlara dağlıq və qayalıq ərazilərdə, alp qurşağında daha çox rast gəlinir. 1 km maşrut üzrə 100 baş müşahidə edilir. Günlük aktiv həyat sürürlər. Qışlama dövrü sentyabr-oktyabrdan fevral-mart aylarına qədər davam edir. Yumurta qoyaraq çoxalırlar Yumurta qoyma iyun-iyul ayları baş verir. 2-6 yumurta qoyurlarki, onlarında həcmi 6-8 x 12-16 mm olur. Yetkinlik yaşına 2 ilində çatır.
Qidalanması: ikiqanadlılar, sərtqanadlılar, kəpənəklər, düzqanadlılar və hörümçəklər.
Yayılması
Bu növ əsasən Şimali Qafqaz ərazisində: Stavropol vilayəti, Kabsrdin-Balkar və Qaraçay-Çərkəz ərazilərində rast gəlinir. Cənub arealı Kazbek dağının şimal-şərq yamacları boyunca yayılmışdır. Eyni cinsə daxil olmalarına baxmayaraq bircə Darevskia lindholmi ümumi arealdan kənarda yayılmışdır.
Klassifikasiya
Əvvəllər bu növ Lacerta saxicola — Eversmann, 1834. Mem. Soc. Natural. Moscou, (2), 3: 349. daxil edilirdi. Sonra isə Qayalıq kərtənkələləri cinsinə daxil edilir.
Sinomimləri
- Lacerta muralis fusca var. saxicola — Bedriaga (part.), 1886: 195.
- Lacerta saxicola var. brauneri — Mehely, 1909
- Lacerta saxicola darevskii Szczerbak, 1962. Zool. j., т. XLI. 9: 1380.Terra typica: Krasnodar diyarı, 50 km Maykondan cənubda.
- Lacerta saxicola szczerbaki Lukina (Лукина), 1963. Изв. Ан АзССР, № 6: 57. Типовая территория: окрестности Анапы.
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.