Qayalı silsilə (Qafqaz)

Qayalı silsilə — Qafqazda dağ silsiləsi. Qayalı silsilə Böyük Qafqaz dağlarının şimal yamacında yerləşən üçüncü paralel silsilədir. Silsilə qısa dağ massivləriyaylaları ilə diqqəti cəlb edir. Sovetlər zamanı silsilənin sərhədlərini Belaya çayından (Kuban hövzəsi) başlayıb Assa çayında (Terek hövzəsi) bitdiyini göstərirdilər. Silsilənin ümumi istiqaməti qərb-şimali-qərbdən — şərq-cənubi-şərqə yönəlib. XXI əsrdə həyata keçirilən araşdırmalar nəticəsində silsilənin sərhədləri belə müəyyənləşdirildi: Çekups və Psebesps çaylarından başlayır (Kuban hövzəsi) və Andiy Koysu çayında (Sulak hövzəsi) bitir. Qayalı silsilənin ən yüksək zirvəsi— Qaraqaya dağıdır. (3646,0 m).

Qayalı silsilə
rus. Скалистый хребет
Qayalı silsilənin Bal şəlalələri ərazisi
Qayalı silsilənin Bal şəlalələri ərazisi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3646 m
Uzunluğu 931 km
Yerləşməsi
43°11′33″ şm. e. 43°24′40″ ş. u.
Ölkə  Rusiya
Yerləşməsi Böyük Qafqaz
Qayalı silsilə xəritədə
Qayalı silsilə
Qayalı silsilə
Qayalı silsilə xəritədə
Qayalı silsilə
Qayalı silsilə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiya imperiyası zamanında oroqrafik sistematikada bu oronimdən istifadə olunmurdu. Uzun müddət Qayalı silsilə Qara dağlar adı ilə adlanırdı. Silsilə tamamilə Rusiya Federasiyası ərazisinə daxildir: Krasnodar diyarı, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkariya, Şimali Osetiya, İnquşetiya, Çeçenistan, Dağıstan.

Adlanması

Qayalı silsilə adına Rusiya imperiyası ədəbiyyatlarında rast gəlinmir. Nə «Rusiya imperiyasının coğrafi-statistik lüğıtində» (1863—1885), nə də «Brokhauz və Efronun ensiklopedik lüğətində» (1890—1907) bu barədə məlumat yoxdur.

Ehtimal olunur ki, Qayalı silsilə ilk dəfə Sovet dönəmində meydana gəlib. Adın meydana gələməsinə səbəb isə silsilənin cənub, dik yamaclarının əhəng daşı süxurlarında təşkil olunmuş qayalı bir zolaq təşkil etməsi idi.[1]

Əsas xarakteriskası

Qayalı silsilə hamarlanmış, yayla formalı tirələrdən ibarət olub alçaq, orta və yüksək dağlardan ibarətdir. Silsilənin şimal yamacı az meyillidir, cənub yamacı isə çox dikdir. Bəzi zirvələr qar xəttinə çatmasa da silsilə yüsək dağlıq xarakteri daşıyır. Dağ silsiləsində davamlılıq pozulur. Bəzi ərazilərdə ayrıca massivlər və yaylalar mövcuddur. Kuban, Terek və digər hövzələrini çayları tərəfindən kəsilib.[2] Silsilə dərin, mənzərəli kanyon formalı dərələrdən ibarətdir. Ərazidəki ən böyük dərələrə Çeqem, Çerek və Urux dərəsini göstərmək olar.[3]

Qayalı silsilə geoloji baxımdan əsasən alt təbaşir və üst yura dövrünün əhəng daşlarından təşkil olunub.[4]

Ədəbiyyat

  • Ефремов Ю. В., Ильичёв Ю. Г., Панов В. Д., Панова С. В., Погорелов А. В., Шереметьев В. М. Морфометрическая и морфологическая характеристика основных хребтов // Хребты Большого Кавказа и их влияние на климат / Ответ. ред. Ю. В. Ефремов. — Краснодар: «Просвещение-Юг», 2001. — 145 с. — 200 экз. — ISBN 5-93491-006-X.
  • Кавказ // БСЭ [в 65 т. + 1 т. без номера (СССР)] / Глав. ред О. Ю. Шмидт. — 1-е изд. — М.: «Советская Энциклопедия», 1937. — Т. 30 (История — Камбиформ). — 51 000 экз.
  • Кавказский хребет = Кавказскій хребетъ // Энциклопедический словарь [в 86 томах] / Под ред. К. К. Арсеньева и Ф. Ф. Петрушевского. — СПб.: Издатели: Ф. А. Брокгауз и И. А. Ефрон, 1894. — Т. XIIIA (Исторические журналы — Калайдович). — С. 850—854. — 481-960 с.

İstinadlar

  1. Лингвистический историко-топонимический словарь Кубани: ок. 2000 статей / Сост. В. П. Абрамов. — Справочное издание. — М.: «ФЛИНТА»: «Наука», 2013. — 432 с. —500 экз. — ISBN 978-5-9765-1750-9 («ФЛИНТА»), 978-5-02-037933-6 («Наука»).
  2. «Географический энциклопедический словарь» ошибочно сообщает только о реках бассейна Кубани, по какой-то причине не упоминая реки бассейна Терека (Географический энциклопедический словарь, 1989, с. 438).
  3. ЭСБЕ Т. XIIIA, 1894, с. 850—851.
  4. Скалистый хребет // БСЭ [51 т. + 2 кн. предм.-алф. указ.] / Глав. ред. Б. А. Введенский. — 2-е изд. — М.: «Советская Энциклопедия», 1956. — Т. 39 (Сигишоара — Соки). — С. 203. — 664 с. — 300 000 экз.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.