Qayakənd
Qayakənd — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Qayakənd | |
---|---|
41°24′ şm. e. 48°25′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 696 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Tarixi
Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası
Qayakənd oyk., mür. Qusar rayonunun Qusar şəhəri i.ə.v.-də kənd. Qusarçayın sahilində, düzənlikdədir. Kənd Qusarçayın sahilindəki qaya yaxınlığında salındığına görə belə adlanmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki qaya sözü qədim türk tayfalarından olan qayıların adı ilə bağlıdır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 509 nəfər əhali yaşayır.[2]
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629
Xarici keçidlər
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.