Qay Appuley Diokl
Qay Appuley Diokl (lat. Gaius Appuleius Diocles 104-146) — Bəşəriyyət tarixində bütün zəmanələrin və xalqların ən gəlirli idmançısı.
Qay Appuley Diokl | |
---|---|
lat. Gaius Appuleius Diocles | |
Doğum tarixi | 104 |
Vəfat tarixi | > 146 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
II əsrdə Romada yaşamış Qay Appuley Diokl bütün zəmanələrin və xalqların ən gəlirli idmançısı sayılır. O, idman həyatı boyu hazırda 15 milyard dollara bərabər olan qazanc əldə edib. Bununla da Qay Appuley Diokl müasir idmançılar arasında ilk dəfə 2009-cu ildə 1 milyard dollar qazanan məşhur qolfçu Tayger Vudsu da geridə qoyur.
Qay Appuley Diokl o dövrün ən iri stadionunda - "Böyük sirk" ("Sirkus maksimus") cıdır meydanında cəng arabaları yarışlarının ən fəal iştirakçılarından sayılırdı. Romada idman karyerasına 18 yaşında başlayıb, əslən müasir Portuqaliyadan olan cəng arabaçısının idman həyatı 42 yaşınadək davam edib. Bu müddət ərzində əldə etdiyi qələbələr ona 35 milyon 863 min 120 sestersiya qazanc gətirib.
Bütün Roma ordusunun iki aylıq məvacibi olan həmin məbləğ cəng arabası yarışları çempionun qazıntılar zamanı aşkar edilmiş abidəsinə həkk edilib. Bu abidəni Qay Appuley Dioklun şərəfinə onun azarkeşləri ucaltmışdılar.
Mənbə
- Bəşəriyyət tarixində ən zəngin idmançı kim olub? Arxivləşdirilib 2010-08-20 at the Wayback Machine