Qayınana (teleserial, 2011)
Qayınana | |
---|---|
Janr |
komediya faciəvi komediya |
Rejissor | Rüfət Şahbazov |
Ssenari müəllifi | Valeh Əhmədov |
Baş rollarda |
Vəfa Zeynalova — Nigar (gəlin) Sənubər İsgəndərli — Afət (qayınana) Elnur Kərimov — Kamil Asya Atakişiyeva — Rəna Vüsal Mustafayev — Cəmil Rada Nəsibova — Sədaqət Elməddin Cəfərov — Tofiq |
Operatorlar | Həmid Bağırov, Bəxtiyar Abbasov |
Bəstəkar | Vüqar Camalzadə |
Rəssamlar | Xuraman Əkbərova, Elnarə Qədirova |
İstehsalçı | Xəzər Televiziyası |
İlk baxış tarixi | 22 sentyabr 2011 |
Filmin digər adı | Qaynana |
Filmin növü | bədii serial |
Müddət | 50-55 dəq. (təxminən) |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011–2013 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
Filmdə qayınana gəlin münasibətləri əks etdirilir. Həmçinin onların yaxın qohumlarının və qonşularının başına gələn məzəli əhvalatlar da serialın süjet xəttini təşkil edir.
Filmdə əsas süjet xətti aktrisa Sənubər İsgəndərlinin canlandırdığı Afət xanım (qayınana) və onun ailəsidir. Afət xanımın gəlinləri ilə bəzən mübahisələri olsa da o çox mehriban, gözəl, qayğıkeş qadındır. Afət xanımı hər kəs sevir. Onun iki oğlu var: Kamil və Cəmil. Kamil turizm şirkətinin müdiridir. Mədəni insan, qayğıkeş atadır. Eyni zamanda anasına hörmət edir. Cəmil kafe işlədir (bir zamanlar Afət xanımın kafesini). Cəmil mehriban, bir qədər də zarafatcıl və dalaşqandır. Afət xanımın bir qızı da var. Rəna… Rəna çox gözəl və mehriban qızdır. Gülərüz insandır. Həkimdir. Anasını çox sevir. Afət xanımın hər iki oğlu Kamil və Cəmil evlidir. Kamilin həyat yoldaşı — Nigar, Cəmilin isə Sevdadır. Nigar zəhmətkeş qadındır. Afət xanımın bəzən ona acıqlanmasına rəğmən cavab qaytarmır. Evdardır. Nigar və Kamilin İlqar adında bir oğlu da var. Digər bir obraz olan Sevda gözəl və mədəni qızdır. İşgüzardır. Həkimdir. Bir vaxtlar Rənanın müəllimi olub. Cəmillə yeni evlənib. Afət xanımın Püstə adında qayınanası var. Qayınananın qayınanası. Püstə nənə ilə Afət xanım tez-tez mübahisə edirlər. Amma ikisi də bir-birini çox istəyir. Püstə nənə evin ağbirçəyidir. Kənan Yusifovun canlandırdığı Polad (Potu) Rənaya aşiqdir. Onun dostu Lazım (Elvin Ağayev) Afət xanımın qardaşı qızı Sədaqəti sevir. Kamilin iş yoldaşları Pərvin bəy və Pərvin xanım uzun sürən eşq macərasından sonra yeni ailə qurublar. Həmçinin ofisdə Alov və Səlim kimi komik obrazlar da var. Polad meyvə satır və onun qonşuları Simuzər ilə İntiqam cütlüyü heç yola getmir. Cəmilin kafesində işçi Daşdəmir də Rənaya aşiqdir, amma Rəna onu sevmir. Dünyamalı və Gülmalı da kafedə işləyirlər. Sevdanın iş yoldaşı Qoşqar daim Afət xanımın ailəsinə qarışsa da heç kim ona məhəl qoymur.
"Qayınana" serialında Afət xanım və onun ailəsində mənfi obraz yoxdur. Ümumiyyətlə, film bir qədər komikdir. Amma bu heç də serialın səviyyəsini azaltmır. "Qayınana" komediya deyil, serialdır.
Film haqqında
- Filmin musiqisini bəstəkar Vüqar Camalzadə bəstəkar Tofiq Quliyevin rejissor Hüseyn Seyidzadənin "Qayınana"" filminə yazdığı musiqilərdən bəhrələnərək yazmışdır.
- Titrlərdə filmin adı "Qaynana" kimi gedir. Qrammatik cəhətdən "Qayınana" daha doğrudur. Lakin uzun müddət dillərdə bu kəlmə "ı" hərfi olmadan tələffüz edildiyindən ədəbiyyatımıza alternativ bir variant kimi daxil olmuşdur.
Filmin heyəti
Filmin üzərində işləyənlər
- Rejissor: Rüfət Şahbazov
- Aktyorlarla iş üzrə rejissor: Sənubər İsgəndərli
- Prodüser: Səbuhi Yusibli
- Baş ssenarist: Valeh Əhmədov
- Ssenari müəllifləri: Kənan Yusifov, Səbuhi Bayramov, Elvin Ağayev, Könül Mayılova, Azər Səlimli, Failə Nəbiyeva, Könül İsayeva
- Montaj rejissorları: Səbuhi Sadiqov, İslam Əliyev
- Köməkçi rejissor: Vüsal Məmmədov
- Dekorasiya üzrə quruluşçu rəssam: Xuraman Azəri
- Quruluşçu rəssam: Elnarə Qədirova
- Quruluşçu operator: Həmid Bağırov
- Operatorlar: Sahib Qurbanov, Bahadır Mehdiyev, Həmid Bağırov
- Kran operatoru: Bəxtiyar Abbasov
- Səs rejissoru: Elnur Yaquboğlu
- Geyim üzrə menecer: Nailə Əliyeva
- İnzibatçı: Azər Rzayev
- Rejissor assistenti: İlqar Abbasov
- Studiya rəhbəri: Ziya Məmmədov
- Bəstəkar: Vüqar Camalzadə
- Sözlər: Sevinc Şirin
- İfaçılar: Aysel İbrahimova, Ayaz Qasımov
- Musiqiçilər: Teymur Süleymanoğlu, Aydın Yəhyayev
- Qrim üzrə rəssamlar: Ülviyyə Əliyeva, Cəmilə Məmmədova
Aktyorlar
- Sənubər İsgəndərli — Afət xanım[1]
- Elnur Kərimov — Kamil[2]
- Qorxmaz Əlilicanzadə — Ələsgər
- Tünzalə Əliyeva — Güleyşə
- Səbuhi Bayramov — Pərvin
- Şəlalə Quliyeva — Pərvin
- Naidə Orucova — Simuzər
- Elvin Ağayev — Lazım
- Tunay Əliyeva — Sevda
- Qoşqar Mövlazadə — Qoşqar
- Elnur Hüseynov — Daşdəmir
- Ədalət Əbdülqasımov — İntiqam
- Zülfüqar Hüseynli — İlqar
- Xanım Qafarova — Püstə nənə
- Vüsal Mustafayev — Cəmil
- Şəhla Əliqızı — Nigar
- Kənan Yusifov — Polad
- Asya Atakişiyeva — Rəna
- Sabir Məmmədov — Mayıl
Baş sponsor
İstinadlar
- İsgəndərli, S. Nəsibə Zeynalovanın "Qaynana" möhürü: [Əməkdar artist Sənubər İsgəndərli ilə yeni çəkilən eyni adlı serial haqqında söhbət] //Həftə içi.- 2012.- 19 yanvar.- S. 8.
- Kərimov, E. "6-nın yerinə 9 desəm, aləm qarışar": [Gənc Tamaşaçılar Teatrının aktyoru, "Qaynana" serialından Kamil rolunun ifaçısı kimi tanınan Elnur Kərimovla müsahibə] /müsahibəni apardı Rəis Xəyalə //Kaspi.- 2012.- 1 noyabr.- S.11.
Həmçinin bax
Xarici keçidlər
Filmi izlə (1–24-cü seriyalar)
Filmi izlə (25–100-cü seriyalar) Arxivləşdirilib 2019-06-27 at the Wayback Machine
Filmi izlə (101–155-ci seriyalar) Arxivləşdirilib 2019-08-14 at the Wayback Machine