Qaxingiloy
Qaxingiloy — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Qaxingiloy | |
---|---|
41°25′34″ şm. e. 46°56′24″ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 656 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1792 (2012) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3419[1] |
|
Əhalisi
- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 2115 nəfər əhali yaşayırdı.[3]
- 15 yanvar 1970-ci il rəsmi əhali siyahıyaalınmasının yekunlarına əsasən kənddə 2970 nəfər (2440 nəfəri və ya 82,2 %-i ingiloylar, 405 nəfəri və ya 13,6 %-i azərbaycanlılar, 82 nəfəri və ya 2,8 %-i ləzgilər, 43 nəfəri və ya 1,4 %-i digər millətlər) əhali yaşayırdı.[4]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 təsərrüfatda hər iki cinsdən toplam 1792 nəfər əhali yaşamaqdadır.[5]
Toponimikası
Qaxingiloy oyk., mür. Qax r-nunun eyni adlı i.ə.v.-də kənd. Gürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Bu oykonim Qax şəhərinin adından və ingiloy etnonimindən ibarət olub, “Qaxın ingiloylar yaşayan hissəsi” mənasındadır. Bu da Azərbaycan türklərinin yaşadığı Qaxmuğal hissəsindən fərqləndirilməsi üçündür. Mənşəcə qədim alban tayfalarından biri olmuş və erkən orta əsrlərdə Şərqi Gürcüstanın güclü təsiri altında gürcü dilini qəbul etmiş ingiloyların məskun olduqları kəndlərdəndir.[6]
Din
Kənddə "Müqəddəs Giorgi" kilsəsi gürcü pravoslav xristian dini icması fəaliyyət göstərir.[7]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- The project "Authentic Azerbaijan"—Discover Azerbaijan: Qax Arxivləşdirilib 2013-10-23 at the Wayback Machine
- "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 137
- Ethno-Caucasus, Этнодемография Кавказа: Кахский район (1970 г.) Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine
- Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- QEYRİ-İSLAM DİNİ İCMALARI Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.