Qax Dövlət Rəsm Qalereyası
Qax Dövlət Rəsm Qalereyası - 1980 ildə yaranmış qalereya.[1]
Qax Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Rəssamların peşəkarlığının artırılması |
Yaranma tarixi | 1980 |
Yarandığı yer | Azərbaycan Qax |
Fəaliyyət göstərdiyi yer | Qax, AZ3400, 20 Yanvar küç. 93a |
Sədr | Əfəndiyeva Səbinə Qüvvət |
Tarixi
Qax Dövlət Rəsm Qalereyası 1980 ildə yaranıb. Qalereyanin sahəsi 1640kv.m-dir. Qaxda Mədəniyyət Nazirliyinin əmrinə əsasən 1 iyun 1986-cı il tarixdən rayon Rəsm Qalereyası fəaliyyətə başlamışdır. Qalereyada 230 ədəd rəsm vardır. Ekspozisiyası 4 salondan ibarətdir. Böyükаğа Mirzəzаdə, Fərhаd Хəlilоv, Хаlidə Səfərоvа və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. [2]
Qalereya binası
Qalereya ekspozisiya zalından, iş otağı, fond otağı və qazanxanadan ibarətdir.
Qalereya fondu
Qalereyanıı fondunda 219 eksponat var. Onlardan nəqqaşlıq 20, qrafika 12, heykəltaraşlıq 2, tədbiqi incəsənət məmulatı 4 ədəd təşkil edir.[3]. Ekspozisiya salonunda Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Fərhad Xəlilov, Xalidə Səfərova və Azərbaycanın digər tanınmış rəssamlarının 62 rəngkarlıq və qrafika əsəri nümayiş etdirilir.
Qalereyanın fəaliyyət istiqamətləri
- Yerli rəssamların estetik zövqünün formalaşdırılmasında və onların peşəkarlığının artırılması;
- Yerli rəssamların əl işlərindən ibarət sərgilər təşkil olunması;
- Yaradıcılıq müsabiqələrinin keçirilməsi;[4]
Həmçinin bax
Xarici keçidlər
- "Azərbaycan Dövlət Rəsm Qalereyaları". azgallery.az. İstifadə tarixi: 04.03.2021.
İstinadlar
- "Qax Dövlət Rəsm Qalereyasının üç minədək ziyarətçisi olub". medeniyyet.az. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.03.2021.
- "Qax rayon Dövlət Rəsm Qalereyası". sheki.mctgov.az. 2021-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 04.03.2021.
- "Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi". gakh.cls.az. İstifadə tarixi: 04.03.2021.
- "Qax Dövlət Rəsm Qalereyasını üç minə yaxın incəsənət həvəskarı ziyarət edib". azertag.az. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.03.2021.