Qavurd

Qara Arslan Qavurd bəy (XI əsr1073) —Səlcuq şahzadəsi, Kirman Səlcuqlu dövlətinin qurucusu.

İmadəddövlə Qara Arslan Əhməd Qavurd bəy
عماد الدین قرا ارسلان قاورد
1048 1073
ƏvvəlkiAlp Arslan
SonrakıKirman şah
Şəxsi məlumatlar
Doğum tarixi XI əsr
Vəfat tarixi 1073
Fəaliyyəti siyasətçi
Atası Çağrı bəy
Ailəsi Səlcuqlular
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Atası Çağrı bəyin Xorasan valisi olduğu dövrdə doğulmuşdur. Büveyhilər dövlətinin Səlcuqlar tərəfindən işğalından sonra 1048-ci ildə Kirmana vali təyin edilmişdi.Titulu İmadəddövlə idi.[1]

Hakimiyyəti

Toğrul bəy dövründə

1055-ci ildə Omana yürüş etmiş və bölgəni ələ keçirmişdi.1056-cı ildə Sistan da fəth olunmuşdu. 1059-cu ildə İbrahim İnal üsyanı çıxmış, Qavurd bəy əmisi Toğrul bəyə üsyanı yatırmaqda kömək olmuşdu.

Alp Arslan dövründə

4 iyul 1063-cü ildə Toğrulun ölümündən sonra qardaşı Alp Arslanın tərəfini tutmuş və Şirazda adına xütbə oxutdurmuşdu.Bundan sonra özünü vəliəhd kimi görən Qavurd bəy Şabanqara hökmdarı əmir Fəzləveyhə qarşı yağmalar edirdi. Fəzləveyhin şikayətindən sonra 1064-cü ildə qardaşı tərəfindən göndərilən cəza dəstəsinə məğlub olub Kirmana geri çəkilmişdi.

1067-ci ildə yenidən üsyana qalxmış, lakin yenə məğlub olaraq qardaşı tərəfindən bağışlanmışdı.

1068-ci ildə başqa bir üsyana başlayan Qavurd bəy bu dəfə Nizamülmülkün ordusu ilə hesablaşmalı oldu. Amma Səlcuq ordusu Qavurd ilə döyüşməyə həvəsli deyildi. Əsas səbəb kimi tarixçilər Qavurdun ordusunun türklər, Səlcuq ordusunun isə farslar tərəfindən idarə olunmasını göstərir.[2] Buna görə də 1069-cu ildə Səlcuq ordusu döyüşsüz İsfahana qayıtdı.

Alp Arslan qardaşı ilə ədavətinin Qavurdun oğlu Sultanşahdan qaynaqlandığını düşünürdü.Sultan Qavurda oğlunun saraya göndərilməsini buyursa da, Qavurd əvvəlcə razı olmamış, Sultanşah isə 1070-ci ildə şəxsən sultanın hüzuruna çıxmışdı. Sultanşah əmisindən atasına qarşı ordu qurmağı təklif etmiş, Alp Arslan bu təklifi qəbul etmişdi. Bir neçə min əsgərlə atasına hücuma keçsə də Sultanşahın bu planı iflasa uğradı.

1072-ci ildə Alp Arslanın ölümü və Məlikşahın hakimiyyətə gəlməsi Qavurd bəy üçün böyük çaplı üsyana əsas səbəb oldu.

Məlikşahın dövründə

Məlikşahın hakimiyyətinə əsas təhlükə qardaşı Ayaz bəy və əmisi Qavurd bəy idi. Ayaz Orta Asiyadakı Səlcuq torpaqlarına canişin təyin edilmiş və təhlükə sovuşmuşdu. Qavurd isə hakimiyyətə iddialı idi. 16 may 1073-cü ildə Qavurd bəy Həmədan yaxınlığında, Kərəcqapıda məğlub oldu və Nizamülmülkün tələbi ilə edam edildi.

İstinadlar

  1. Bosworth, C. E. (1968). "The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217)". In Frye, R. N. (ed) The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol periods. Cambridge: Cambridge University Press. pp. 1–202. ISBN 0-521-06936-X.
  2. Köymen, Mehmed Altay (1972 4.baş. 2001) Büyük Selçuklu İmparatorluğu Tarihi Cilt.III Alp Arslan ve Zamanı, Ankara:Türk Tarih Kurumu Basımevi ISBN 975-16-0116-9

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.