Qaval daşı

Qaval daşı[1] – qədim zərb musiqi aləti, litofon. Bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür.

Qaval daşı
Qaval daşı
Qaval daşı
Mənşə ölkəsi Azərbaycan Azərbaycan

Sayları

Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir. Şərqə doğru isə nazikləşir. Daşın ümumi uzunluğu 270 sm-dir. Bu daşları onun ətrafında olan digər daşlardan fərləndirmək demək olar ki, mümkün deyildir. Bu daşlara digər daşların köməyi ilə zərblə vurduqda ondan səslər çıxması ilə müəyyən etmək olur. Qaval daşlarının sayı Qobustan, Mərəzə və Naxçıvanda[2] 40-a yaxın olması ehtimal edilir[3].

Xüsusiyyətləri

Qaval daşının özünə məxsus özəlliklərindən biri səsin çıxması üçün onun yerə təmas etməməsidir. Yerə qoyulan qaval daşından səs çıxmır. Ona görə də bu daşı müəyyən qədər torpaqdan yüksəkdə qoyurlar. Ehtimal edilir ki, qaval daşında ifanında daxil olduğu ritualların məcmusu öz növbəsində qədim insanların dini və dünyavi görüşləri ilə sıx bağlı olmuşdur[1]. Qaval daşında zərb alətlərində ifa edilən musiqi nömrələrini səsləndirmək mümkündür[4]

Şəkil

İstinadlar

  1. "Qaval daşı" ( (az.)). rockart-g.blogspot.com. 2018-03-24. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 24-03-2018.
  2. "Naxçıvanda qaval daşı tapılıb". 2020-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  3. "Qaval daşı haqqında nə bilirik?". 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-24.
  4. Cəfərqulu Rüstəmov. Qobustan dünyası, s.103-104
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.