Qautama Budda
Budda (sanskr. गौतमबुद्धः सिद्धार्थ शाक्यमुनि; ən tezi VII əsr və ən geci V əsr[1] – ən tezi VI əsr və ən geci IV əsr[1]) — Buddizmdə ən müdrik varlıq. Buddizmə görə mütləq kamilliyə çatmış və başqalarına dini nicat yolunu göstərməyə qadir olan şəxs, Buddizm dininin banisi.[2]
Qautama Budda | |
---|---|
Doğum tarixi | ən tezi VII əsr və ən geci V əsr[1] |
Vəfat tarixi | ən tezi VI əsr və ən geci IV əsr[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısında 4-cü, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 67-ci şəxs olaraq daxil edilib.
Həyatı
Budda Himalaya ölkəsinin zadəgan, kral ailəsində doğulub. Hələ uşaq ikən Asita adında yaşlı və hikmətli bir adam sarayı ziyarət edir. Ruhani bir insan olan Asita Buddanın atasına oğlunun bəşəriyyətin xilaskarı olacağını müjdələyir.
Sonradan Budda Şahzadə Qautama adını alır. Atası sevimli oğlu üçün hər cür həyat şəraitini, rahatlığı təmin edir. Oğlunun yaxşı bir kral olmasını istəyirdi. Amma Qautama (Budda) dünyəvi zövqün rifah mənbəyi üçün yetərsiz olduğunu anlayırdı. Bir gün yaşlı sonra xəstə və daha sonra ölən bir insanı görür. O anda anlayır ki, insan oğlu bu dünyada əzablar çəkir və sonda ölür. Başa düşür ki, mənəvi rahatlığın əldə olunması üçün digər insanları xoşbəxt etmək lazımdır. Budda həqiqi mənəviyyatı araşdırmaq üçün evini, həyat yoldaşını və uşağını tərk edir. Əvvəlcə, uzaq bir meşəyə gedərək özünü yemək və komfortdan məhrum edir. Amma bu ona kömək olmur. Anlayır ki, bədən zəif düşəndə ağıl gücü də zəifləyir. Hindistanda Budhi ağacının altında ikən Budda qəlbinin aydınlandığını hiss edir (hansı ki, biz buna vəhy, Allahla əlaqə deyirik) və o gündən insan oğlunu iztirablardan xilas etmək üçün Missiyasına başlayır. İnsanlara ruh və düşüncələrini təmizləmələrini, ehtiras və pisliklərdən uzaqlaşmağı, iztirab dolu bu dünyanı mənəvi şadlıq və xoşbəxtlik üçün bir hazırlanma yeri olduğunu deyirdi.
O şər qüvvəyə Mara adını vermişdi, nəfsin pis istəklərinin üzərində qalibiyyət Mara üzərində qalibiyyət idi. Budda ideyasına görə "Əgər zalımlığı görmürəmsə, eşitmirəmsə və barədə heç nə danışmıramsa, mən ondan qorunuram" (見ざる mi-dzaru), (聞かざる kika-dzaru), (言わざる iva-dzaru) .
Təlimi
Budda öz mənəvi təlimləri ilə milyonlarla insanın ruhani məziyyətlər əldə etməsinə kömək etdi. Buddanın dövründə ölkəsinin xalqı Tanrı mövzusunda bir-biri ilə münaqişə edirdi. Onlar üçün bir çox qadın və kişi, Tanrı və Tanrıçalar var idi. Budda deyirdi ki, Allaha gedən yol Onun Məzhərini (Elçisini) tanımaqdan keçir. Xalqın Tanrı mövzusunda münaqişə etməsini istəməzdi. O ağıllı bir insan idi. Tanrı mövzusunda münaqişələrdən qaçmaq üçün çox vaxt susdu, amma insanlara Allah Elçilərinə, Məzhərlərinə itaətin vacibliyini xatırladırdı. Bu şəkildə milyonlarla insanı birləşdirməyi bacardı. O belə deyirdi: " Heç kim Brahman və ya Outkast olaraq doğmaz. İnsan davranışları ilə Brahman və Outkast olar." (Yəni insan yüksək mənəvi səviyyədə doğulmaz, bu məqama əməlləri ilə çatar) Onun bu dünyanı tərk etməsindən azacıq əvvəl dininin yavaş-yavaş yox olacağından qorxan ardıcıllarına vəd verərək belə dedi: "Yer üzünə gələn ilk Budda olmadığım kimi sonuncusu da deyiləm. Vaxt yetişəndə, insanlara yol göstərmək üçün, müqəddəs, ehtişamlı, aydınladılmış, dünyanı bilən, insan oğlunun bənzərsiz rəhbəri (yol göstərəni), mələklərin və ölülərin Hökmdarı olan başqa bir Budda yer üzündə zühur edəcəkdir. O, mənim sizlərə öyrətdiyim əbədi həqiqətlərin eynisini öyrədəcəkdir. Dini sizlərə təməlində, zirvəsində, məqsədlərində, ruh və sözlərində ehtişamlı (izzətli) olaraq var edəcəkdir. İndi mənim, dinimi açıqladığım kimi, müqəddəs, mükəmməl və təmiz olan dinini açıqlayacaqdır. Mənim möminlərim yüzlərcədirsə, onunkilər minlərlə olacaqdır"
Bu vəd, Budda ardıcıllarına yer üzündə yalnız qalmayacaqlarını və başqa bir qüdrətli Budda (yəni yeni zühur) tapacaqları ümidini verdi.
Nəsihət və kəlamları
1. Ağlınla və sağlam zehninlə uzlaşmayan heç bir şeyə inanma, onu mən demiş olsam belə.
2. Başqalarının qüsurları asanca görülər, amma öz qüsurumuz görülməz; adam qonşusunun qüsurlarını ayırd edər, öz qüsurlarını isə qumarda hiylə ilə pərdə saxlayırmış kimi saxlayar.
3. Bir adamın öz özünü məğlub edərək qazandığı zəfər, bir başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır.
4. Bizdən nifrət edənlərdən nifrət etmədən yaşayaq. Gəlin, bizdən nifrət edənlər arasında nifrətdən xilas olmuş olaraq yaşayaq.
5. Bir dərdin varsa, dərman tapmağa çalış, tapa bilmirsənsə də, onu dərd etmə.
6. Budda dənizinin sahilləri yoxdur.
7. Bu dünyanı yaradan, zehninizdir. Göydən qızıl yağsa insanın arzuları bitməz.
8. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır.
9. Hirsiniz üzündən cəzalandırılmayacaqsınız, hirsiniz tərəfindən cəzalandırılacaqsınız.
10. Nifrət heç bir zaman nifrətlə yox edilə bilməz. Nifrət sevgiylə yox edilər, bu ölümsüz qanundur.
11. Keçmişdə kim olduğunu bilmək istəyirsənsə, bu an kim olduğuna bax. Kim olacağını bilmək istəyirsənsə, nə etdiyinə bax.
12. Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan.
13. Necə ki oxçu oxların düz olmasına diqqət göstərər, usta da dağınıq düşüncələrini elə yığışdırıb istiqamətləndirər.
14. Nə ana, nə ata , nə də hər hansı bir qohum insana yaxşı idarə olunan bir ağıldan daha çox faydalı ola bilər.
15. Sizi özünüzdən başqa heç kim qurtara bilməz. Öz özünüzə işıq olun.
16. Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz.
17. Varlığın o biri sahilinə çatdığında əvvəl, sonra və ortada olandan imtina et.
18. Yaxşı bir iş, yaxşı bir düşüncədən daha yaxşıdır.
19. Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun!
20. Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin.
İstinadlar
- Lopez D. S. Buddha // Encyclopædia Britannica (ing.).
- Nəriman Seyidəliyev Dini terminlər lüğəti, Bakı, "Bilik", 1996, səh. 96